Aprelin 17-də axşam saatlarında Xocalı rayon sakini 1983-cü il təvəllüdlü Arif Quliyevin Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub, Azərbaycan Baş Prokurorluğu bildirib.
«Aparılmış araşdırmalarla Arif Quliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində «sol ayağın topuqdan aşağı ətrafının amputasiyası» xəsarəti alması müəyyən edilib,» məlumatda deyilib.
Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Bu xəbəri paylaşın: