44 günlük müharibənin qəhrəman həkimləri AVMVİB-də

44 günlük Vətən müharibəsinin zəfərlə başa çatmasında əsgərlərimiz və zabitlərimizlə birgə həkimlərimizin də əvəzsiz rolu olub. Onlar həm ön, həm də arxa cəbhədə igidlərimizə dəstək, yaralılara məlhəm olublar, tarixi Zəfərə öz töhfələrini veriblər.


Yaralıların həyatı uğrunda mübarizəni birbaşa döyüş meydanında yaralanandan dərhal sonra başlayır. Bütün tibb işçiləri, yaralıların ölümünün əsas səbəbinin, uyğunsuz xəsarətlərə əlavə olaraq, şok və qan itkisinin də döyüş bölgəsində yaralıların ölümünün əsas səbəbi olduğunu bilirlər. Bu problemi həll etmək üçün 44 günlük Vətən müharibəsinin ilk günündən bir çox həkimlərimiz heç bir çağırış gözləmədən cəbhəyə yollandılar.


Azərbaycan Vətən Müharibəsi Veteranı İctimai Birliyinin (AVMVİB) üzvü, şərəfli və ağır döyüş yolu keçmiş, hərbi həkim kimi təcrübəsi olan İmran Qurbanov Naftalan şəhərində yaralıları qəbul edə biləcək bir ortamı şəhər xəstəxanasında yaratdı. Ətrafına Zaqatala, Balakən, Şəki və digər rayonlardan olan təcrübəli həkimlər yığışaraq döyüşlər zamanı yaralanmış 1600 nəfər yaralı qəbul etdilər. Bu yaralılardan yalnız 1 nəfəri şəhid oldu. Bu həkimlərimizin böyük uğurudur. Özü də həyata keçirilmiş cərahiyyə əməliyyatları ikinci bir əməliyyata ehtiyac olmadan həyata keçirilməsi faktı həkimlərimizin misilsiz xidmətlərindən xəbər verir.


Əbəs deməyiblər ki, heç kim unudulmur, heç nə yaddan çıxmır. Həm N saylı hərbi hissə, həm də Azərbaycan Vətən Müharibəsi Veteranı İctimai Birliyinin (AVMVİB) Rəhbərliyi həkimlərimizi Fəxri fərmanlarla təltif ediblər.


Təltif mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranı İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, AVMVİB sədrinin müavinləri Vahid Abdurəhmanov, Qurban Osmanov və İmran Qurbanov həkimləri təbrik edərək Fəxri Fərmanları təqdim etdilər.

Təbrik edirik!


Elnur Səlim

Bu xəbəri paylaşın: