Ermənistanın İsraildəki səfirinə qarşı cinayət işi başlanıb

 Ermənistanın İsraildəki səfiri Armen Smbatyana qarşı ittiham irəli sürülüb və cinayət iş başlanıb.

  Bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

  Bildirilir ki, səfir A.Smbatyan keçmiş mədəniyyət və gənclər naziri ilə əlbir olaraq vəzifə səlahiyyətindən sui-istifadə, habelə çirkli pulların yuyulması kimi cinayətlərdə günahlandırılır.  

Qeyd olunur ki, İsraildəki səfir, eyni zamanda, AOKS (Xarici Ölkələrlə Mədəni Əlaqələr üzrə Erməni Cəmiyyəti) qeyri-hökumət təşkilatının sədri olan A.Smbatyan keçmiş nazir və AOKS-un sədr müavini Hasmik Poqosyanla əlbir olaraq vətəndaş cəmiyyətinin mülkiyyətində olan, Yerevanın Abovyan 3 ünvanında yerləşən tarixi-mədəni əhəmiyyətli binanın qeyri-qanuni şəkildə qeydiyyata aldırıb. Daha sonra bina və onun yerləşdiyi ərazi 550 min dollar dəyərində rəsmi razılaşma ilə nazirin gəlininə məxsus ofşor şirkətə (Britaniya Vircin adalarında qeydiyyatdan keçmiş) satılıb.

  Toplanmış dəlillərə əsasən, diplomat Smbatyan vəzifəsindən sui-istifadə və çirkli pulların yuyulması kimi cinayətlərdə ittiham olunur.   Onun barəsində qətimkan tədbiri olaraq 20 milyon dram (40 min dollar) girov qoyulması seçilib.

Mənbə: Azərtac

Bu xəbəri paylaşın: