HEÇ KİM UNUDULMUR, HEÇ NƏ YADDAN ÇIXMIR!

Bu gün N saylı Zəngilan alayının keçmiş döyüşçüsü, Gilətağ kənd sakini şəhid Mikayılov Sabir Əhməd oğlunun anası Xudiyeva Səbirə Hüseyn qızını ziyarət etdik.

Mikayılov Sabirin döyüş yolu Laçından başlamış, sonra Zəngilan rayonu N saylı hərbi hissənin tərkibində Vənərli taborunda davam etmişdi.

Sabirlə eyni taborda olduğumuz üçün o, igid, qorxmaz bir döyüşçü kimi xatirələrimizdə qalmışdır.

Zəngilan işğal olunandan sonra Sabir Mikayılov öz döyüş yolunu Murovdağ istiqamətində davam etdirmişdir.

1994- cü ildə Murov dağ istiqamətində gedən döyüşlərin birində Sabir Mikayılov qəhrəmancasına şəhid olmuşdur və Sumqayın Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ölümündən sonra «İGİDLİYƏ GÖRƏ» medalı ilə təltif olunmuşdur.

Bu gün AVMVİB sədri Füzuli Rzaquliyevin əmri ilə Sabir Mikayılov (ölümündən sonra) «Müharibə Veteranı» Xatirə medalı ilə təltif olundu.

Medalı AVMVİB Zəngilan rayon şöbəsinin Sədri Azad Musayev, sədr müavinləri Zakif Abbasov və Ənvər Qarayevlə birlikdə şəhidin anası Sabirə xanıma təqdim etdi.

Allahdan Şəhidimizə rəhmət, yaxınlarına səbr diləyirik.

Şəhidlər ölməz, Vətən bölünməz!

P.S. Sabirə ananın daha iki oğlu Mikayılov Novruz və Mikayılov İlqar da Vətən uğrunda gedən döyüşlərin iştirakçısı olmuş və hal hazırda müharibə veteranıdırlar.

AVMVİB Zəngilan rayon şöbəsi

Bu xəbəri paylaşın: