AVMVİB Nərimanov rayon şöbəsinə yeni üzvlər qəbul edilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nərimanov şöbəsində Vətən müharibəsi veteranlarının üzvlüyə qəbulu ilə bağlı təqdimat mərasimi keçirilib.

Bu barədə AVMVİB sədrinin müavini, Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanov məlumat verib.

AVMVİB Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanov bildirdi ki, Vətən müharibəsində xalqımız bir yumruq kimi Ali Baş Komandanın ətrafında sıx birləşdi. Böyük Zəfərin qazanılmasında bu birlik böyük rol oynadı və bu münasibətlə hamınızı təbrik edirəm. Yaradılmış komissiyanın varlığı bilinmir. AVMVİB ictimai qurum olsa da, bu problemi yaxşı bildiyinə görə, kənarda seyrçi kimi qalmaq istəmir. Bütün imkanlarımız daxilində gənclərimizə dəstək olmağa çalışırıq. Onların ictimai həyata adaptasiya edilməsi ağrılı bir prosesdir. Əfsuslar olsun ki, aidiyyatlı qurumlar və bu sahədə yaradılmış qurumların fəaliyyəti çox aşağı səviyyədədir və hətta bir az da sərt desək, çox yarıtmazdır.

Bu gün AVMVİB Nərimanov rayon şöbəsində iki nəfər Vətən müharibəsi qazisinə birliyin üzvlük vəsiqəsi verilib. Qazilərdən Bəxtiyar Təşəroğlu müharibədən qabaq AVMVİB-nin fəxri üzvü idi. 44 günlük müharibədə Vətən torpaqlarının azad edilməsində iştirak edərək artıq AVMVİB üzvü oldu.

Daha bir gənc döyüşçümüz Kənan Əliyevə də AVMVİB-nin üzvlük vəsiqəsi təqdim olundu.

Təbrik edirik!

Türkay Xaqan

Bu xəbəri paylaşın: