Eastnews.org-un verdiyi xəbərə görə, İsrailin məşhur qəzetlərindən «The Jerusalem Post» İranın PUA gücü ilə bağlı məqalə dərc edib.
Məlumata görə, qəzet İranın son illərdə PUA sahəsində super gücə çevrildiyini yazıb.
«Kamran-22» PUA-sından yazan qəzet onu ABŞ-a məxsus «Reaper» və ya «Global Hawk»a bənzədib.
Qəzetin verdiyi məlumata görə, ötən gün İranda keçirilən hərbi paradda «Mohajer» və «Ababil» PUA-ları, eləcə də qanadlı raketləri məhv etməyə qadir olan yeni yerli «Zulfiqar» və «Shahid Majid» hava hücumundan müdafiə sistemləri nümayiş etdirilib.
Mənbə: Mehr News Agency
Bu xəbəri paylaşın:
