XAQANİ ƏDƏBOĞLU
Ölkədə mentalitetimizin deqradasiyaya uğradığı göz önündədir. Müxalifətin intim görüntüləri yayılanda, bunu tələm-tələsik məişət məsələsi, «hökumət» sifarişi və eşq-məhəbbət səhnələri adlandırıb, az qala hər kəsi günahkar çıxarırdılar. Belə çıxır ki, Hüseynbala Mirələmovun bu nakam roliki də «müxalifətin əl işi», ya da «xidməti roman»ı imiş. Kişi seyid adamdı, seyidlərin «əl çəkmək» şakəri var, özü də Hadı müəllim deyib ki, Mirələmovu oruc «çaşdırıb». Sabir Rüstəmxanlı isə bunu «xırda şey» adlandırıb. 76 yaşlı kişi nə etməliydi ki? Deyəsən, Sabir bəy lap serial gözləyirmiş? Hələ Siyavuş müəllim lap gül vurub. Sən demə qızın eşitmə problemi olduğuna görə Hüseynbala müəllim alim kimi yeni «ünsüyyət forması» icad edibmiş və bisavadlar kişinin «ixtirasını» düz anlamayıblar.
Vay Mirələmin cəddi, internet çıxardanın atabaatasına qənim olsun. Bil Qeytsi görüm yığdığını yeməsin. Kişini biiman elədi…
Əlbəttə, günah elə COVİD-19-lu orucun «pozğunluğundadır». Amma həm də məsələ, əxlaq məsələsidir. İllərdir ki, ölkədə əxlaqlı adamların qeybə çəkilməsi prosesi gedir. İstər müxalifətdə, istər iqtidarda eyni əxlaq ranqında olan adamlarla üzbəüz buraxılmışıq. Müxalifət və iqtidarın münasibətləri nədənsə rus ər-arvadın əhvalatını xatırladır. Nataşadan soruşurlar ki, niyə əxlaqsızlıq edirsən? Cavab verir ki, ərim içir, ona görə də mənə vaxt ayırmır. Mən də pozğunluq edirəm. İvandan soruşurlar ki, niyə içirsən? Deyir ki, arvadım əxlaqsızlıq edir. İçirəm ki, bu əxlaqsızlığı görməyim. Hər ikisi haqlı görünür, amma ayrı-ayrılıqda haqlıdırlar.
Yəni Mirələmovun «cəddi haqqı» bunları yazmaqda elə bir qərəzim yoxdu. Amma Hüsenbala müəllim bəzi müxalif erməniçilərə də belə bir seyid sığalı çəksə yaxşı olardı. Xüsusən də, Bakıda Hərbi Qənimətlər Parkında boş qalmış erməni dəbilqələrini özünə dərd eləmiş Sevinc Osmanqızının buna ciddi ehtiyacı var. Xatırladım ki, bizdəki bu müxalifət yarandığı gündən ermənilərə qarşı çox humanist olmalarını dəfələrlə nümayiş etdiriblər. «Koltso» əməliyyatı zamanı qaçıb Pribaltikada ermənilərin hüquqlarının pozulmasından dəm vurmaları və nəhayətdə erməni lobbisiylə birgə Azərbaycana qarşı 907-ci düzəlişin qəbuluna nail olmaları və buna sevinmələri, qalibiyyətli yürüşü dayandırıb danışıqlara getmələri, Şuşa və Ağdamdan Xocalı qətliamı gecəsi Xankəndi və Əsgərana bircə mərmi atılmaması, Kəlbəcəri verib Ter Petrosyanı hakimiyyətini möhkəmləndirməkdən dəm vurmaları və s. kimsə unutmayıb.
Bir dəfə bir votsap qrupunda separatçı və müxalifətçi adını unutduğum bir dəyyus Ramil Səfərovun ermənini layiq olduğu cəzaya çatdırmasını qınayırdı. Ona cavab verərək, yatmış erməninin də, doğulacaq erməni uşağının da bizim xalqın düşməni olduğunu dedim. Bu ara müzakirəyə Milli Şuranın o vaxt üzvü, indi qovulmuş üzvü olan Eldəniz Quliyev qoşuldu və bu adam dedi ki, bizim müharibə veteranları erməniyə nifrət etdiklərinə görə, ermənilərdən də pisdirlər. Güya bu zavallı o qədər humanist biriymiş ki, hətta ermənini də özü kimi bilirmiş. Hərçənd gerisi məlum. Qaçıb qrupdan çıxdı. Mirələmov seyid kimi belələrinə də bir «əl çəksəydi» lap yaxşı olardı.
Sevinc Osmanqızı hələ də elə bilir ki, bunun atasını öldürüb yandıran ermənilər deyil. Barı o kişinin adını soyadından sil. Onun ruhunu sızlatma. O boş qalan dəbilqə sahiblərinin atalarıydı sənin atanı öldürənlər. Alınmış bu qisasa görə, Azərbaycan əsgərinə «sağ ol»u beləmi verirsən, Sevinc xanım? Yazıqlar olsun. Satılmağa yermi tapmadın? Nədəncə, bu xəyanətkarlıq yadıma «İstiqlal» marşındakı bu bəndi saldı:
Bastığın yerleri “Toprak!” diyerek geçme, tanı!
Düşün altındaki binlerce kefensiz yatanı.
Sen şehîd oğlusun, incitme, yazıktır, atanı:
Verme, dünyâları alsan da, bu cennet vatanı…
Bu Vətəni satanlara lənət olsun! Qəlbində erməni-rus sevgisi, təəssübü gəzdirənlərə lənət olsun! Min lənət! Amin!
Biz dəyişməyə məhkumuq. Postkorona dövrünə sınıq-salxaq kommunist-komsomol təfəkkürlü əqidəsiz insanlarla və onların bu əxlaqıyla tərbiyə görmüş insanlardan qurtulmadan, gələcəyə gedən bütün yollar üzümüzə bağlı olacaq. Bu adamların sosial-siyasi statusunun heç bir fərqi yoxdur. İstər iqtidarda, istərsə də müxalifətdə bu adamların olması cəmiyyət üçün təhlükəlidir. Mən tez-tez İsrailin tək qadın baş naziri olmuş Qolda Meirin bir fikrini təkrarlayıram: «Əgər oğul və qızlarının qayıdıb gələcəyi bir ölkə qurmaq istəyirsinizsə, əgər bu ölkədən əhalinin yalnız tətil üçün gedəcəyini istəyirsinizsə, gələcək qorxusu keçirməyən bir ölkə qurmaq istəyirsinizsə, vur-tut iki addım atmalısınız.
1. Korrupsiya cinayətini Vətənə xəyanətlə eyniləşdirin, korrupsionerləri isə 7 arxa dönənini xain elan edin.
2. Bir də 3 peşəni yüksək gəlirlə və hörmətli mövqeyə qaldırın: Hərbçilər, müəllimlər və həkimlər»…
Amma nə faydası. Bizdə heç məzlumun bir cümləlik qonşuya yazdırdığı şikayət məktubunu oxumurlar. Handa qala ki, durub köşə yazısı oxuyub bir nəticə də çıxaralar. Bircə onu deyə bilərəm ki, ölkədə böyük bir sabotaj bandası iş başındadır və hər an ölkəni xaosa sürükləməyə çalışmaqdadırlar. Qazanılmış Zəfər, əldə olunmuş Birlik onların ən çox qıcıqlandığı şeylərdir…
İndi Hüsenbala Mirələmovu vurub işdən çıxarırlar. Bəs o cür «sığal çəkəni» haradan tapıb onun yerinə qoyacaqsınız? Özü də seyid…
Yadıma «T» adlı bir rayonda məscidə gələn molla, axundun bir zənənlə elə məscidin ortasında zina etdiyini görür və «tfu sənə…» -deyib etiraz edir. Axund yoldaş tövrünü pozmadan mollaya hirslənir: «Qoy əlimdəki bu savab işi qurtarım, Allahın evinə tüpürməyi sənə göstərəcəyəm!»
Yazıq Mirələmov da yəqin pozulmuş orucun savabını kiminsə boynuna qoymağı düşünürdü. Dost dediyi Hadı müəllim qaş qayırdığı yerdə, vurub gözünü çıxartdı. Ona deyən lazım, «heç orucun yeriydi?»
Nə isə. Hüseynbala ağa pozulmuş orucunun, Sevinc xanım da boş qalmış erməni dəbilqəsinin qəhrindən bir təhər olmasalar yaxşıdı…
Təzə bir çəkiliş varsa göndərin, qan qaynayan vaxtdı…
