Müharibə Veteranı Qadınlarina Sosial Yardım İctimai Birliyinin sədri ölkə rəhbərinə müraciət edib

Müharibə Veteranı Qadınlarina Sosial Yardım İctimai Birliyinin sədri Rada Abbas Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə müraciət edib.


Müraciətdə deyilir: «Son günlər beşinci kolonun xidmətçisi olan bir qrup insan mənim əleyhimə kompaniya aparır və məni ləkələmək üçün hər bir lazımsız yoldan istifadə edirlər. Müxtəlif sosial şəbəkələrdə, saxta profillərlə mənim xidmətlərimə kölgə salan, şəxsiyyətimi alçaldan yazılar, yalan məlumatlar yayan bu qrupun içərisində müxtəlif yerlərdə xidmət edən lakin beşinci kolonun yanında birləşən insanlar var. Həmin insanlar mənim atasız böyütdütyüm rəhmətə getmiş Qarabağ əlilin oğlu, hazırda tələbə olan oğlumun, ailəmin, mənimlə birlikdə müharibədə olmuş qadınların heysiyyatının təhqir edirlər.


Xidmətlərimizi ləkələyirlər. Həmin qrupa qarşı mübarizəmizdə biz Sizə güvənirik. Mən sağlamlığımı müharibədə itirmişəm. Son zamanlar müalicə olunmağa maddi imkanlarım belə yoxdur. Bu insanlarla mübarizə aparmağa salmalığım imkan vermir. Bu insanların qruplaşmasının tək səbəbi mənim və qadınlarımızın beşinci kolona qarşı mübarizə aparan Ali Baş Komandanımızın yanında olmağımıza maneə yaratmaqdır»…


Məsələ ilə bağlı Müharibə Veteranı Qadınlarina Sosial Yardım İctimai Birliyinin sədri Rada Abbas bildirdi ki, bir qrup şübhəli əlaqələri olan şəxslər sosial şəbəkə, hətta telefon zəngləri vasitəsiylə məni və oğlumu təhdid edirlər. Ona görə də məsələ ilə bağlı aidiyyatlı orqanlara və məhkəməyə müraciət etmək qərarı vermişəm. Çünki bu adamlardan hər cür pisliklər gözləmək olar.


Elnur Səlim

Bu xəbəri paylaşın: