ABŞ prezidenti Co Bayden qondarma «erməni soyqırımı»nın növbəti «ildönümü» ilə bağlı ənənəvi açıqlamasında «soyqırımı» ifadəsindən istifadə edib. Bayden «erməni soyqırımı» ifadəsini işlədən ilk ABŞ prezidentidir.
Qondarma «erməni soyqırımı» iddiasını tanımaqla ABŞ çox ciddi və tarixi səhvə yol verdi.
Aprelin 24-də, dünya erməniliyinin qondarma «erməni soyqırımının anım günü»nü qeyd etdiyi gün Co Baydenin müraciətində «erməni soyqırımı» ifadəsini işlədəcəyini ilk olaraq öz mənbələrinə istinadən «The Wall Street Journal» xəbər verdi.
Belə açıqlama demokrat Baydenin prezident seçkiləri ərəfəsindəki təbliğat kampaniyasında ermənilərə verdiyi vədlərdə yer almışdı. Birləşmiş Ştatlardakı erməni diasporuna xitab edən Bayden bildirmişdi ki, 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərin üzləşdikləri hadisələri soyqırım sayır və prezident seçiləcəyi təqdirdə insan haqlarının təminatının administrasiyası üçün əsas prioritetə çevirəcək.
ABŞ Prezidentindən «soyqırım» açıqlaması
ABŞ Prezidenti Joe Biden Ağ Evin rəsmi saytında verilən açıqlamada 1915 hadisələrini «soyqırım» kimi tanıdı.
Beləliklə, Biden 1981-ci ildəki açıqlamasında eyni sözü işlədən Ronald Reagan-dan bəri «soyqırım» ifadəsini istifadə edən ilk ABŞ prezidenti olub.
«Amerika xalqı 106 il əvvəl başlayan soyqırımı nəticəsində ölən bütün ermənilərin xatirəsini yad edir,» — ABŞ Prezidentinin açıqlamasında deyilir.
Türkiyənin Xarici işlər naziri Biden-in 1915-cil hadisələri ilə əlaqədar «soyqırım» ifadəsini istifadə etməsini tənqid edib.
«Tariximiz barədə kimsədən dərs alası deyilik. Siyasi fürsətçilik əminamanlıq və ədalətə ən böyük xəyanətdir. Tək söykənəcəyi populizm olan bu ifadəni tamamilə rədd edirik, » — Mevlüt Çavuşoğlu, öz Twitter paylaşımında deyib.
Biden-in açıqlamasına Hakim AKP partiyasının nümayəndəsi da sərt reaksiya verib.
«Tarixi həqiqətlər siyasi gözləntilər naminə yalanlarla dəyişdirilə bilməz. Şanlı tariximizdə heç bir erməni soyqırımı yoxdur və əsla olmamışdı!», — Numan Kurtulmuş Twitter-dəki paylaşımında yazıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan Bidenin sözlərinin ölənlərin «xatirəsinə hörmət» ifadəsi olduğunu deyərək, əlavə edib ki, Birləşmiş Ştatlar bir daha insan «haqlarının və ümumbəşəri dəyərlərin» qorunmasına «sadiqliyini nümayiş etdirdi.»
Bundan əvvəl ABŞ mediası və Reuters agentliyi bildirib ki, Biden Erdoğana telefon zəngi zamanı deyib ki, «erməni soyqırımını tanımaq ehtimalını nəzərdən keçirir».
Telefon danışığından bir gün əvvəl Reuters informasiya agentliyi və aparıcı ABŞ qəzetləri Wall Street Journal, New York Times və Washington Post, ABŞ administrasiyasındakı mənbələrinə istinadən, Biden-in 1915-ci il hadisələrini «soyqırım» kimi tanıyacağını bildirmişdilər.
Bir müddət sonra Amerika mediasına telefon danışığın təfərrüatları sızdırılmışdır. «Administrasiyaya yaxın mənbədən alınan məlumata görə, cümə günü Biden öz türkiyəli həmkarına deyib ki, ermənilərin 1915-ci il qırğınını soyqırım kimi tanımağı planlaşdırır», — bu barədə ilk məlumat verənlərdən biri olan Bloomberg agentliyi xəbər verib.
CNN isə öz «yaxın mənbələri»nə istinadən, söhbətin «gərgin» şəraitdə keçdiyini bildirir.
Telefon söhbətiylə bağlı hər iki tərəfin rəsmi açıqlamalarında mediada yayılan iddialar barədə məlumat verilmir.
Cümə axşamı günü Türkiyə Prezidenti deyib ki, o, «həqiqəti «erməni soyqırımı» yalanlarından və siyasi hesablamalarla bu böhtanı dəstəkləyənlərdən müdafiə etməyə davam edəcək». Recep Tayyip Erdoğan bu barədə Prezident yanında Ali Məşvərət Şurasının toplantısında çıxış edərkən danışıb.
Bu günədək ABŞ prezidentləri 1993-cü ildə Bill Clinton hakimiyyətə gələndən bəri 24 aprel 1915-ci il hadisələrinin ildönümü münasibətilə öz yazılı bəyanatlarında «Mets yeğern», yəni «Böyük fəlakət» termini işlədirlər.
1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin kütləvi deportasiyası və öldürülməsi Rusiya, Almaniya, Fransa, Kanada və dünyanın bir sıra digər ölkələrində «soyqırım» kimi tanınıb. Türkiyə həmin hadisələrin belə qələmə verilməsinə daim etiraz edir və deyir ki, qurbanlar bütün tərəflərdən olub.


