Aprelin 26-da Türkiyə Böyük Millət Məclisində “Ermənistanın müharibə cinayətləri” mövzusunda xüsusi proqram olacaq.
Fedai.az Publika.az-a istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin İnsan Haqlarının araşdırılması Komissiyası tərəfindən hazırlanan, Türkiyə parlamentinin rəhbəri Mustafa Şəntopun da iştirakı ilə keçiriləcək proqrama rəsmi şəxslərin, diplomatların, elm adamlarının qatılması nəzərdə tutulub.
Proqrama “İkinci Qarabağ müharibəsi və Ermənistanın müharibə cinayətləri” mövzusunda panel, “Müharibə cinayətləri” şüarı altında fotosərgi daxildir.
Bu xəbəri paylaşın:
