ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrini qondarma erməni soyqırımı kimi qəbul etməsi Birləşmiş Ştatlardakı pullu lobbi qruplarının tarixi diktə etməsinə icazə verən kədərli və utancverici hərəkətdir, ancaq bu, sürpriz olmadı.
Bunu Report-a müsahibəsində ABŞ-ın tanınmış tədqiqatçı jurnalisti, akademik Tomas Qoltz deyib.
“Soyqırım” sözü dəyərini itirib. Bu günlərdə demək olar ki, o, heç bir məna daşımayacaq qədər dəyərsizdir. Ruanda, Darfur, Bosniya, Uyğur və Azərbaycan (Xocalı — red.) soyqırımı, göründüyü kimi, özünəməxsusdur. Xahiş edirəm, “soyqırım” kimi sözlərə diqqət ayırmayın və ölkənizin inşa işinə davam edin”, — akademik əlavə edib.
Bu xəbəri paylaşın:
