Qüvvədə olan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyətinin Qərarının yerinə yetirilməsi üzrə 2021-ci ilin ötən ayları üzrə monitorinqimizi davam etdiririk.
Xatırladaq ki, ötən il 23 rayon şöbəmiz qərarla bağlı nələrsə etdilər. Qalan rayon şöbələrimizin deyəsən heç AVMVİB İdarə Heyətinin qərarından xəbərləri belə olmadı.
Bu dəfə də yalnız ödəniş etmiş şöbələrin siyahısını təqdim edirik. Növbəti həftələrdə isə fəaliyyəti bu sahədə «0» olan şöbələrimizin siyhısını təqdim edəcəyik.
AVMVİB İdarə Heyətinin məlum qərarı ilə bağlı bir çox şöbə sədrləri deyir ki, xəbərləri olmayıb. Öncə bildirək ki, xəbərlərinin olmaması pisdir, xəbəri olub qərara hörmətsizlik göstərmək isə çox pisdir.

Qurban Osmanov
AVMVİB sədrinin müavini
Məsələ ilə bağlı AVMVİB sədrinin müavini Qurban Osmanova müraciət ünvanladıq.
Qurban Osmanov bildirdi ki, bu qərar veriləndən bütün yığıncaqlarda, gündəlik fəaliyyət göstərən Fedai.az və Veteran.az saytlarında, sosial şəbəkələrdə və şöbə sədrlərinin təmsil olunduğu votsap qrupunda bu barədə dəfələrlə deyilib. Belə çıxır ki, kimlərləsə Nizamnamənin hüquqi əsas verdiyi bir dildə danışmaq vaxtı gəlib çatıb. AVMVİB İdarə Heyəti kimi bir qurumun verdiyi qərarı yerinə yetirməyənlərə qarşı ən sərt cəzalar nəzərdə tutulub və qərarı yerinə yetirmək qabiliyyəti olmayan sədrlər gedib özgə işlərlə məşğul olsalar yaxşıdır. Əminliklə deyə bilərəm ki, hər kəsin xəbəri var. Əgər xəbəri yoxdursa, deməli o sədr özgə işlərlə məşğul olur. İdarə Heyətinin növbəti yığıncağında məsələni ciddi qoyacağam. Özünə hörmət eləməyən sədrlərlə, Birliklə əlaqələri zəif olan şöbə sədrləri ilə bağlı qərar qəbul etməliyik.
Bir daha sayt vasitəsiylə müraciət edirəm ki, verilmiş qərarı hər kəs yerinə yetirməyə borcludur. Qərarla bağlı, həm sədrin I müavini Kamil Şirinov, həm sədrin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov, həm sədrin ictimaiyyətlə əlaqələr üzrə müavin İslam Səfərov, həm də NTK sədri Niyazi Quliyev ardıcıl olaraq iş aparıblar və biz bu işi sistemləşdirənədək davam edəcəyik.
Xatırladaq ki, AVMVİB-nin 75 rayon şöbəsi var. Ötən il üçün AVMVİB İH-nin qərarını yerinə yetirmiş rayon şöbələri və ictimai fəallar saytlar tərəfindən müəyyən olunmuş nominasiyalar üzrə diplomlarla təltif olunması planlaşdırılır.
Bu günədək olan cədvəli diqqətinizə çatdırırıq:
- AVMVİB Nərimanov rayon şöbəsi — 100,0%
- AVMVİB Xankəndi rayon şöbəsi — 100,0%
- AVMVİB Yasamal rayon şöbəsi — 33,3%
- AVMVİB Saatlı rayon şöbəsi — 41,6,%
- AVMVİB Mingəçevir şəhər şöbəsi — 41,6%
- AVMVİB Nəsimi rayon şöbəsi — 33,3%
- AVMVİB Bərdə rayon şöbəsi — 41,6%
- AVMVİB Tovuz rayon şöbəsi — 16,6%
- AVMVİB Qubadlı rayon şöbəsi — 25,0%
- AVMVİB İmişli rayon şöbəsi — 25,0%
- AVMVİB Balakən rayon şöbəsi — 33,3%
- AVMVİB Ağstafa rayon şöbəsi — 25,0%
- AVMVİB Laçın rayon şöbəsi — 33,3%
- AVMVİB Lənkəran rayon şöbəsi — 8,3%
- AVMVİB Biləsuvar rayon şöbəsi — 8,3%
- AVMVİB Gəncə şəhər şöbəsi—25,0%
- AVMVİB Binəqədi rayon şöbəsi — 25,0%
- AVMVİB Cəbrayıl rayon şöbəsi — 8,3%
- AVMVİB Ucar rayon şöbəsi — 16,6%
- AVMVİB Xəzər rayon şöbəsi — 16,6%
- AVMVİB Xocavənd rayon şöbəsi — 33,3%
- AVMVİB Sabirabad rayon şöbəsi — 16,6%
- AVMVİB Ağdaş rayon şöbəsi — 41,6%
- AVMVİB Sumqayıt şəhər şöbəsi — 16,6%
- AVMVİB Zərdab rayon şöbəsi — 33,3%
AVMVİB Mətbuat Xidməti
