On beş min türk əsgərini kor etdilər

Günümüzdə qondarma erməni soyqırımı ilə gündəmi zəbt edənlər ingilislərin türklərə qarşı edilmiş soyqırım hadisəsindən danışmır.

İngiltərə Birinci Dünya müharibəsində xüsusilə də Çanaqqala cəbhəsində əsir düşən türk əsgərlərini Seyidbəşir adlı düşərgəyə göndərirdi. Birinci Dünya müharibəsi zamanı ingilislərə 150 min türk əsgəri əsir düşmüşdü.Bu əsgərlərin bir hissəsi Misirin İskəndəriyyə şəhərində yerləşən Seyidbəşir Usarə düşərgəsinə həbs edilmişdi. Bu düşərgədə əsir düşmüş əsgərlər 1918-ci ildə Fələstin cəbhəsində 16-cı diviziyanın 48-ci alayında xidmət edirdi. Əsgərlər 1920-ci ilin 12 iyununa qədər müxtəlif növ işgəncələrə məruz qalmışdılar. Bunun səbəbi isə bilavasitə ermənilər olub.

Düşərgədə türk dilini bilən ermənilər ingilislərə tərcümə işlərində kömək etmiş və onlara yalan məlumatlar tərcümə edərək türkləri əsl düşmənə çevirmişdilər. Müharibə artıq bitmişdi ancaq ingilislər əsir düşmüş türk əsgərlərini təslim etmək istəmirdilər bu onların planına uyğun gəlmirdi. Buna səbəb ermənilərin yalnış tərcümələri idi. Ermənilər ingilislərə deyirdilər ki, əgər türk əsgərlərini təslim etsəniz gələcəkdə baş verə biləcək müharibələrdə onlar sizə qarşı yenidən mübarizə aparacaq. Bunun həllini ingilislər kütləvi qətllərdə görürdü. Onlar guya türk əsgərlərində təhlükəli mikrobların olduğunu bəhanə gətirərək onları süngüyə keçirərək dezinfeksiya hovuzuna atırdılar. İngilislər suya normadan artıq kimyəvi maddə olan krizoldan tökmüşdülər. Türk əsgərləri də ayağını suya qoyan kimi dərhal yanırdı.

Hovuza girmək istəməyən və ordan çıxmaq istəyən türk əsgərlərinə zərbə endirərək onları hovuza itələyirdilər. İngilislərin əmri ilə başlarını suya salmaq istəməyən əsgərləri havaya atəş açmaqla onları suya başlarını salmağa məcbur edirdilər. Sudan başlarını qaldıran əsgərlər artıq heç nə görmürdü. Onların gözləri yanmış və kor olmuşdu. Kənarda duran əsgərlərin müqavimətinə baxmayaraq 15 min türk əsgəri bu yolla kor edildi.Bu hadisədən sonra Türkiyə Böyük Millət Məclisi Misirin İskəndəriyyə şəhərində kimyəvi maddə olan krizoldan 15 min türk əsgərinin kor edilməsini cinayət əməli elan edib ingilislərin cəzalandırılmasını tələb etmişdi.

Yeni qurulmuş Türkiyə Cümhuriyyətinin çoxlu sayda problemləri var idi. Buna görə də bu qəddar hadisə unudulmuş oldu. Bu hadisə Seyidbəşir düşərgəsində 3 il əsir qalmış Qaramanlı şəhərindən olan bir türk zabitinin gündəliyində qeyd olunmuşdu. Daha sonra isə bu hadisə kitab halına salınmışdı. Bu hadisəni inkar edənlər bəyan edirlər ki, krizol maddəsi kimyəvi maddə deyil.Krizol maddəsi 1800-cü illərin sonlarında müztəlif sahələrdə istifadə olunurdu. Xüsusilə də dezinfeksiya işlərində geniş istifadə olunurdu. Bu maddənin təsirləri aşkar oldunduqdan sonra 1920-1930-cu illərdə bu maddənin istifadəsindən imtina edilmişdi. Bu maddənin Birinci Dünya müharibəsində əsir düşərgələrində əsgərlərin dezinfeksiya edilməsində istifadə olunması Avstraliyanın dövlət arxivlərində saxlanılır. Bu hadisə Türkiyə Müdafiə Nazirliyi tərəfindən təsdiq edilmişdi. Qeyd olunmuş sənədlərdə İzmirə qayıdan 303 əsgərin kor edilməsi öz əksini tapıb.

Ancaq ingilislərin bildirdiyinə görə əsgərlərin kor edilmə faktı qeydə alınmayıb. Xüsusilə də ingilislərə əsir düşmüş minlərlə türk əsgərlərinin düşərgələrdən kor olaraq qayıtmasına səbəblərdən bəziləri kimi onların yanlış dərman qəbul etdikləri göstərilir.Acaq ingilislər bütün bunları etiraf etmək istəmirlər. İndi də Seyidbəşir əsir düşərgəsi bölgəsində türk əsgərlərinin şəhidlər xiyabanı var.

Vəfat etmiş əsirlər və 13 türk zabitləri düşərgə ərazisinin bir hissəsində dəfn edilmişdi Daha sonra ingilislər türk zabitlərinin xatirəsinə hörmət əlaməti olaraq 1941-ci ildə zabitlər üçün şəhidlər xiyabanı yaratmışdı. Nə ingilislər nə də ermənilər türklərə qarşı törədilmiş bu qəddar cinayətdə günahkar tərəf olaraq bilinmədi.

Kamran Əliyev

Bu xəbəri paylaşın: