Gənc veteranlardan daha bir örnək

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) üzvü olan gənc müharibə veteranları döyüşlərdə şəhid olan döyüş yoldaşlarının məzarlarını ziyarət ediblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü, ehtiyyatda olan zabit İlkin Rzaquliyev məlumat verib.
İlkin Rzaquliyev bildirdi ki, vətənpərvərliyin ən ali məqamı — şəhidlikdir. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Biz bu dərdi, bu qəmi daim qəlbimizdə saxlayacağıq. Ancaq eyni zamanda şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün hər zaman örnək olub, bundan sonra da örnək olacaqdır. Azərbaycanın bu günkü nəsli də, gələcək nəsilləri də şəhidlərimizin qəhrəmanlığından nümunə götürəcəklər. Şəhidlər ölməzlər. Şəhid yalnız unudulanda ölərlər. Ona görə də biz döyüşçü olaraq, öz döyüş yoldaşlarımızı unutmamalıyıq və bu ziyarətimizin əsas qayəsi də şəhid qardaşlarımızı unutmamaqdır.


Şəhid qardaşlarımız Elvin Səxavət oğlu Abbasov (Şamaxı şəhəri( və Vahid Tahir oğlu Əlisoltanovun (Balakən şəhəri) Şəhidlər Xiyabanındakı məzarları ziyarət olunub, şəhid məzarlarına gül qoyulub və dualar edilib.


Allah şəhidlərimizə rəhmət eləsin!

Türkay Xaqan

Bu xəbəri paylaşın: