Xatırlayırsınızsa, Fedai.az şəhidimiz haqqında yazıda qeyd etmişdik: «Oğlunu itirən şəhid Xəyyam Məhəmməd oğlu Daşdəmirovun Qazi atası, «mənə Şəhidlik qismət olmadı, bu zirvəyə gözümün nuru tək oğlum ucaldı. Qarşında baş əyirik sənin qazi Ata!»-
Azərbaycan Ordusunun Ermənistanın təxribatı nəticəsində şəhid olan əsgəri Xəyyam Daşdəmirov İsmayıllı rayonunun Balik kəndində dəfn olunub.
Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi nəticəsində X. Daşdəmirov şəhid olmuşdu.
Sosial şəbəkədə şəhidimizin anasına yazdığı məktub yayılıb. Həmin məktubu təqdim edirik:
«Ana! Yıxılma ha. Dik dayan. Nəfəsim bir azdan dayanacaq. Bölük yoldaşlarım məni evə gətirəcəklər. Elə ki, evə çatdım, məni bərk qucaqla. Bu son görüşümüzdür, ana. Elə bərk qucaqla ki, dadı qalsın. İyimi burnuna çək, ana. Sən şəhid anasısan, dik dayan, qəddini əymə. Ataya da salam de, ana. Şəhid salamı. O başa düşər.Qardaşım evlənəndə oğluna mənim adımı qoyarsınız. Mənim günəşim söndü, ana. Bir-birinizi qoruyun, ana!«
Elnur Səlim