Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı Zəngilan rayonunun sakinləri ilə görüşüb:
Prezident İlham Əliyev: Salam, gəlin yaxına, gəlin, yaxınlaşın.
Qadın sakin: Ağalı kəndinə xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Çox sağ olun.
Qadın sakin: Bu, bizim kəndimizdir. Mən Ağalı kəndində, bu kənddə anadan olmuşam, burada boya-başa çatmışam. Atamın, anamın, həyat yoldaşımın, əmilərimin, dayılarımın məzarları bu qəbiristanlıqdadır. Həyat yoldaşımın məzarı o görünən ağacın yanındadır, iş başında həlak olubdur.
Prezident İlham Əliyev: Eviniz harada, hansı tərəfdə olub?
Qadın sakin: Evimiz aşağıdadır.
Prezident İlham Əliyev: Böyük Ağalıda.
Qadın sakin: Siz birinci dəfə maşınla keçəndə göstərirsiniz ki, bu ev kimindir, yəqin tanıyacaq. O, bacımın evidir. Çox sağ olun, çox şadam ki, Sizinlə, xanımınızla, qızınızla burada görüşürəm. Hamınızı bağrıma basıram, öpürəm.
Prezident İlham Əliyev: Sizi təbrik edirəm, Ağalıya qayıtmısınız.