Xudayar Yusifzadə haqqında nalayiq ifadələr işlədən şəxs döyülüb.
Gənclərimizi alqışlayırıq. Bu ölkədə erməni genlilər zaman-zaman eyni yanlışlıqlara yol verirlər. Bu sahədə qanunla tənzimlənən qadağalar olmadığı üçün belə qırmızı ayaqqabılı üzdəniraqlar şəhidlərimizə və qəhrəmanlarımıza dil uzadırlar. Mübariz İbrahimovla bağlı əxlaqsız Nərmin adlı birinin etdiyi yaramazlığı məhkəməyə daşıdıq. Lakin bu cür təhqirlərə yol verənlərə qarşı heç bir cəza nəzərdə tutulmadığı məlum oldu və AVMVİB aidiyyatlı orqanara təkliflər yolladı. Amma aidiyyatlı orqanların məktub, təklif oxumaq halətləri yoxdu. Hələ müharibə iştirakçılarının təkliflərini heç oxumazlar.
Fedai.az xəbər verir ki, Fuad Rəsulzadə adlı gənc bir müddət öncə Tvitter sosial şəbəkəsində «Xudayar çoxdandır təzə mahnı buraxmır” adlı status yazmışdı. Bu sözlər sosial şəbəkədə kəskin etirazla qarşılanmışdı. Şəhidin təhqir olunmasıına heç bir reaksiya verməyən Daxili İşlər Nazirliyi (DİN) feysbukda şəhid Xudayar Yusifzadə haqqında təhqiramiz sözlər yazan Fuad Rəsulzadənin döyülməsi ilə bağlı araşdırmalar aparldığını bildirib.
Nazirlikdən veriln məlumata görə, görüntüləri yayılan məlum insidentlə bağlı aidiyəti üzrə addımlar atılır. Amma ilk addım bu qırmızı «tapuçkalı» üzdəniraqın cəzalandırılması olmalıdır.
Xatırladaq ki, AVMVİB sədrinin hüquqi məsələlər üzrə müavini, mərhum Abbas Hüseynli (Rəhmətlə anırıq) təşkilat adından hazırladığı təkliflər paketini aidiyyatlı orqanlara göndərmişdi və bu günədək, nə Milli Məclisdən, nə də Daxili İşlər nazirliyindən heç bir cavab ala bilməməişik. Təklifləri bir daha xatırladırıq:
«Bu gün nərminələr, səbinələr və onlara bənzər insanlar Azərbaycan Respublikası CM-də olan boşluqdan istifadə edərək meydanda at oynadırlar. Bu yaxınlarda Xətai rayon məhkəməsində xüsusi ittiham qaydasında aparılmış işdə gülüş doğurur. Belə ki, Azərbaycan Respublikası CM-nin 147, 148-ci maddələri, yəni «Böhtan və Təhqirlə» bağlı bu cinayət işinin Nərimnənin etdiyi hərəkətlə heç bir əlaqəsi yoxdur.
Ona görə ki, Təhqir və Böhtanla bağlı cinayət işində bütün vətəndaşlar zərərçəkmiş şəxs qismində ola bilərlər. Nərminə Şahmarzadə isə adi bir vətəndaşa qarşı deyil, Şəhidə, Milli Qəhrəmana qarşı cinayət hadisəsi törətmişdir. Ona görə də mən bir hüquqşunas kimi Azərbaycan Respublikası CM-nə bir maddənin, yəni 323.1-1 maddəsinin əlavə edilməsini və həmin maddənin belə bir formada qəbul edilməsini təklif edirəm:
Maddə 323.1-1.Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qazi, şəhid və Milli Qəhrəman olan şəxslərin şərəf və ləyaqətlərini ləkələmə və ya alçaltma
323.1-1.1 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qazi, şəhid və Milli Qəhrəman olan şəxslərin şərəf və ləyaqətini kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi sosial şəbəkələrdə nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələmə və ya alçaltma
Bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
323.1-1.2 Bu Məcəllənin 323.1-1.1 maddəsində nəzərdə tutulmuş əməllər internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hasabatlarda istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə isə
İki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır»…
P.S. Çox dəyərli təkilfdir və ümid edirik ki, bu təklif nəzərə alınmalıdır.
Bu gün həmin gəncin döyülməsi haqda video sosial şəbəkədə paylaşılıb. Onu kimlərin döydüyü məlum deyil. Həmin videonu təqdim edirik:
