
Allahverdi Gündoğdu
Yazıçı, jurnalist
Tanrı öncə təbiəti yaratdı. Öz nizamı, ölçü- biçisi ilə. Ondan sonra dünyanın əşrəfi olan insanı. Ona əql verdi, şüur verdi, təbiəti, cəmiyyəti idarə etmək üçün. İnsanlar nə etdi? Qəbilə halında toplaşan insanlar qruplara, tayfalara, tirələrə bölünərək, ayrı-ayrı millətlər kimi formalaşmağa başladılar. İnsanlar yaşayış uğrunda rəqabətə başladılar. İkinci mərhələdə amansız rəqabəti kəskinləşdirmək üçün özlərinə qurama dinlər yaratdılar.
Guya ki Tanrı onlara səmavi kitablar göndərmişdi. Sonuncusu və ən mükəmməli də ərəb dilində ( məhz ərəb dilində ha?!) nazil olmuş Qurani-Kərim idi. Bunların uydurmasından belə çıxırdı ki, təbiəti, insan varlığını, onların təbirincə desək, ərşi-kürşü yaradan uca Tanrımız yalnız ərəb dilini bilirmiş????
İndiyədək bunu bircə nəfər araşdıran oldumu? Yox!
Şərtə bax, ha, Qurani- Kərim yalnız ərəbcə oxunmalıdır. Xeyir ola?
Bunun özü Tanrıya qarşı çıxıb, onu şərləmək deyimidir? Mən də deyirəm , Tanrı öncə Türk millətini yaratmışdı. Sübut soruşası olsan, mən də deyərdim, gəl sən mənə yuxarıda deyilənləri isbat elə, mən də sənə ilk insanın Türk olduğunu sübut edim. Bu qədər bəsit! Bəşər insanı bütün parametrlərinə görə inkişaf etməyə başladı. Elm, mədəniyyət yaratdılar, ixtiralar, kəşflər etdilər. Dünyaya böyük dühalar, şəxsiyyətlər bəxş etdilər. Onların sırasında, daha doğrusu öndə gedəni Türk milləti oldu. Bu millət bəşəriyyətə Bilgə Xaqan, Mete Xan, Oğuz Xaqan, Çingiz Xan, Əmir Teymur, Şah bababamız Xətai, Yunus Əmrə, Nizami, Füzuli, Nəsimi, eranın sonlarına doğru Mustafa Kamal Paşa, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Cəlil, Üzeyir bəy Hacıbəyli, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Ziya Göyalp, Mehmet Akif Ərsoy, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Nəsrəddin Tusi, Mirzə Fətəli Axundov və adlarını çəkmədiyim yüzlərlə yox, minlərlə fikir adamları, şəxsiyyətlər və dühalar bəxş etmişdi. Heç kim digər millətlərin də böyük şəxsiyyətlərinin, alimlərinin, dühalarının olduğunu inkar edə bilməz. Sadəcə olaraq, Böyük Türkün bəşəriyyətə verdiyi töhfələri digər kimlərləsə müqayisə etmək mümkünsüzdür.
Belə bir deyim var:
— Böyük şəxsiyyətlər yüz ildən bir doğulurlar. Lap yaxşı! O da məlumdur ki, şəxsiyyətləri tarix yetişdirir. Bəs nə oldu bu şəxsiyyətləri yetişdirən tariximizə? Su düşdümü? İyirminci əsrin ikinci yarısından sonra və yenicə qədəm basdığımız iyirmi birinci əsrin ilk illərində cüzi istisnalarla onlardan xəbər-ətər yoxdur, onlar indi niyə doğulmurlar? Bu gün Azərbaycanda az qalır ki, hər üç nəfərdən ikisi əlinə qələm götürüb, yazır. Xeyli şair və yazıçılarımız var. Əfsuslar olsun ki, bu gün onların sırasında Hüseyn Cavidi, Cəfər Cabbarlını, Əhməd Cavadı, Mirzə Cəlili, Üzeyir bəyi, Məhəmməd Əmin Rəsulzadəni görə bilmirik…
Məgər onlar yağ-bal içində yaşayırdılar? Amma indikilər…
Böyük Zəfərlə bitən Vətən müharibəsi başlayandan üzü bu yana deyə bilərsinizmi, istər qürbətdə yaşayan olsun, istərsə də Vətəndə yaşayıb, yazıb-yaradan şair və yazıçılarımızdan kimsə sözün həqiqi mənasında qələmini süngüyə çevirdimi? Doğrudur, ara-sıra televiziya ekranlarından görünənlər də oldu, amma belə həssas məqamda bu, yetərli deyildir. Əgər totalitar sovet rejimi olsaydı, mədhiyyə yazanlardan sanballı bir tağım yaratmaq olardı. Onsuz da bu gün elmimizin, təhsilimizin, səhiyyəmizin, mətbuatımızın,əsasən də televiziyalarımızın necə mütrüb gündə olduğu göz qabağındadır. Tariximiz, əsasən də müharibə tariximiz demək olar ki, yazılmır.
Deyə bilərsinizmi, Qanlı 20 Yanvar və Birinci Qarabağ Müharibəsi ilə dünyaya car çəkən hansı əsərlərimizlə və kinolarımızla yadda qalıb, öyünə bilərik? Doğrudur, bəzi əsərlər yazıldı, bir neçə film çəkildi. Lakin bunlar Qarabağ ağrı-acılarını xalqa çatdırmaqda yetərli olmadı. Bu olayları yeniyetmə və gənclərimizə çılpaqlığı ilə çatdıra bilmədik. Yalnız yadda qalan «Qanlı 20 Yanvar», «Şəhidlər» kitabı, «Fəryad» , qismən də «Dolu» filmi oldu. Halbuki mekskanlar amerikanların törətdikləri soyqırımına həsr edilmiş minlərlə əsərlər yazıb, yüzlərlə filmlər çəkmişdilər. Bax, millətin qan yaddaşı budur!
Bu gün bunların əsas səbəbi yadelli-yadqanlıların fetoçuların, PKK-çıların, rusbaşlıların, içimizdəki özümüzdən olan kosmopolit nökərlərin, əsasən də haykanuşun biçlərinin Təpəgöz kimi axar suyun qarşısını kəsmələridir.
Bu ünsürlər tezliklə təmizlənməsə, işlərimiz müşküllərdən qurtulmayacaq. Lakin mən əminəm ki, böyük Türkə arxalanan, Qarabağda uca Şəhidlərimizin, qəhrəman Qazi və Veteranlarımızın, müzəffər Azərbaycan Ordusunun və çoxmillətli Xalqımızın monolit birliyi sayəsində Ali Baş Komandanımız Qarabağda ağılagəlməz Zəfərlərə imza atdığı kimi, daxildə də həmin Zəfəri davam etdirəcək!
Uca Şəhidlərimizə və qəhrəman Qazilərimizə sayğılarımla!
