Ermənilər Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində yeni mikrorayon tikintisinə başlayıb.
Bu barədə keçmiş qondarma rejimin separatçılarından olan Artak Beqlaryan Facebook səhifəsində yazıb.
Beqlaryan ermənilər üçün 100 mənzilin tikintisinin nəzərdə tutulduğunu bildirib.
“Evlər qısa müddətdə tikilib məskunlaşdırılacaq”, — Beqlaryan deyib.
Xatırlayırsınızsa, mart ayının sonlarında ermənilərin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində evlərin tikintisinə başlamaları barədə məlumat verilmişdi.
Bu xəbəri «Sputnik Armeniya» yayaraq bildirmişdi ki, qəsəbədə 150 evin tikilməsi planlaşdırılır.
Bildirilirdi ki, Qırmızı Bazarda artıq 43 binanın dam örtüyü dəyişdirilib, 65 evə metal plastik pəncərələr quraşdırılıb. Hətta ətraf kəndlərin sakinləri bu qəsəbədə yaşamağa can atırlar. Buna səbəb isə qəsəbədə uşaq bağçası, məktəb, mağazaların olmasıdı.
Elnur Səlim

