N°_9.96126
1918-ci il Mart hadisələrindən sonra yaradılmış istintaq qurupunun cinayət işi matriallarında göstərilir :
«Bakının bir yerində ermənilər qulaqları, burunları olmayan, qarınları yırtılmış və cinsiyyət orqanları kəsilmiş 57 qadın cəsədini basdırıblar. Canilər bir evdə 25 yaşlı qadını divara mismarlayıblar. Ermənilər Hacı xanım Allahverdi qızı adlı bir qadının qolunu doğramış, döşünü kəsmiş, öldürmüş və üzünün dərisini götürmüşlər».
Türkiyə tədqiqatçısı Hüseyn Baykara qeyd edir: «On minlərlə müsəlman şəhidi haqqında yazmaq çətindir, zira ermənilər türk qadınlarını çılpaq olaraq bir-birinə hörükləri ilə bağlanmış halda aparırdılar, sonra isə onlara qarşı müxtəlif zorakılıqlar törədir, qətlə yetirirdilər».
İstintaq materiallarında qeyd olunur :
«Dinc azərbaycanlılara qarşı vəhşiliklərdə erməni ziyalıları bilavasitə iştirak edirdilər. Onların dəstələrindən biri Bakıda bir evə soxulmuş, 8 qadını və uşağı güllələmişdi. Ermənilərin öldürməyə macal tapmadıqları qadınları hörükləri ilə bir-birinə bağlayaraq, apardıqlarını və yolda tüfənglərinin qundağı ilə vurduqlarını şahidlər görüblər. Erməni hərəkatının rəhbərlərindən biri Bakıda öz tanışları qarşısında lovğalanırdı ki, Şamaxıda 10 müsəlman qızı zorlayıb və daha sonra tapança ilə güllələyib».
#GizliFAYL
Qafqaz Qabil
Mənbə: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin SİYASİ SƏNƏDLƏR ARXİVİ


