Pompei Troqun epimatoru Justinus, skiflərin Misirlilərdən daha qədim olduğunu belə ifadə etmişdi: «İskitilərlə Misirlilər arasında soyun qədimliyi haqqında uzun bir mübahisə olsa da, İskit soyu ən qədim olandır».
Misirlilər üstün olmasına baxmayaraq, İskitlər daha qədim dövrdə yaşamışdılar. İndi çoxsaylı sənədlər sübut edir ki, İskitilərin kollektiv adı fərqli Türk nəsillərindən ibarətdir. Qədim yazarlar Massagetlərə, Alanlara, Sakalar və Partlara Skiflər-«Scythians» deyirdilər.
Son dövrlərin yunan yazarları onlara açıq-aydın Türk deyirdilər. Theophanus Byzantinus açıq şəkildə farsların öz dillərində «Kermiçionlar» dedikləri türklər olduğunu ifadə etmişdi.
Ammianus Marsellin, Alanların Massagetlərdən törədiyini belə açıqlamışdır: «Alanlar bu adı dağlardan almışdılar».
Strabonun Massagetlər ilə oxşar olduğunu dediyi Sakalar, bir zamanlar Oxus (Oksuz, çox güman ki, Oğuzlar anlamında-red.) və Jaxartes arasındakı bölgələrdə yaşayırdılar. Məlumdur ki, türk xalqı həmişə tutduqları bu sahələri əldə saxlamışlar.
Qalliyanın öndə gələnlərindən Guiardus de Lauduno, XIII əsrin əvvəlində, Partları bu dövrün türkləri ilə və bu xalqların xüsusiyyətləri ilə ən yaxşı şəkildə bir araya gəldiyini söyləmişdi. O, yazmışdı: «Çünki kökləri Türk olanların, qədim adı Part idi.» Burada Partlar (Romalılar arasında Arsac-es-Arsaqlar) və Massagetin (ma-saq), Saka-rumun (yunanlılar arasında Sakai) olması şübhəyə yer buraxmır.
Sak, Saka şərqdəki Türk sözü ilə eynidir, sağ, bacarıqlı, ağıllı, qabiliyyətli, gələcəyi görən və s. anlamda işlənən sözlərdir.
«Kuman Book Codex Cumanicus»dan Prof.Dr. İlhami Durmuşun yazdığı «İskitler» məqaləsindən
P.S. Bu gün həyasızcasına haylar torpaqlarımızı işğal etməklə yanaşı, öz iyrənc niyyətləriylə tariximizə də dil uzadaraq Arsaq adını iyrənc şəkildə «Artsax» adlandıraraq, Türkə meydan oxuyurlar. Bizim «tarixçi Avrosentrizmin kahinləri» isə «quzu kimi» susmaqda davam edirlər…
