Ağdaş rayonunda şəhidlərə həsr olunmuş sərgi təşkil olunub

Azərbaycan Resbublikasi Mədəniyyət Nazirliyi Ağdaş Regional Mədəniyyət idarəsi 7 may 2021- ci il tarixdə Ağdaş rayon Heydər Əliyev Mərkəzində «ŞƏHİDLƏR ÖLMƏZ» adı ilə Ağdaş rayonundan olan şəhidlərin əziz xatirəsinə həsr olunmuş sərgi kecirilmişdir.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev məlumat verib.


İ. Beydullayev bildirib ki, təşkil olunmuş sərgi Vətən Müharibəsində mərdliklə döyüşüb şəhidlik zirvəsinə çatmış ağdaşlı igidlərin portiretləri nümayiş olunub. Sərgidə ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, rayon gəncləri, məktəblilər və AVMVİB Ağdaş rayon şöbəsinin rəhbərliyi iştirak edib.

AVMVİB Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev bu cür tədbirləri təqdir etdiyini və tez-tez keçirilməsinin məqsədəuyğun olduğunu qeyd etdi.


Ağdaş Regional Mədəniyyət İdarəsi və sərgi müəllifiylə birgə sərgi başa çatdıqdan sonra şəhid portretləri şəhid ailələrinə təqdim ediləcək.


Allah şəhidlərimizə rəhmət eləsin!

Elnur Səlim

Bu xəbəri paylaşın: