ÜÇ FAŞİST: РУС-ТАМ (rus oradadır) Muradov Njdeylə birgə, Sivkov HAYASA LIFE-də Azərbaycan əleyhinə iş aparırlar

XAQANİ Ədəboğlu

AVMVİB Mətbuat Xidməti

Qarabağdakı Rusiya sülhməramlılarının komandanı general Rustam Muradov abidənin sökülməsi üçün ermənilərə mayın 9-dək vaxt verib. Ermənilər isə onun bu iddiasını rədd eləyib.

Hərbi elmlər doktoru, akademik, Rusiya Raket və Artilleriya Elmləri Akademiyası prezidentinin müavini Konstantin Sivkov HAYASA LIFE-ə verdiyi müsahibədə Azərbaycan əleyhinə yetərincə böhtan xarakterli fikirlər səsləndirib. Qarabağda rəsmən müharibədə iştirak etmiş bir qoşun növünün generalı olan Konstantin Sivkov rus sərxoşu ağlı ilə 44 günlük müharibədə erməniləri «qalib» elan edib. Amma bu rus köpəyi unudub ki, onun Rusiyasının dünyaya «meydan oxuyan» «metalloma» çevrilmiş rus silahları necə yandırıbsa, generallar sərsəmləməyə başlayıblar.


İndi Sivkov adlı bu sərməst generala bir xatırlatma edim: Qarabağda ermənilərin 38-40 min nəfərlik qanunsuz hərbi kontingenti mövcud olması barədə hərbi məlumatlar var. Erməni mənbələrində 44 günlük müharibədə 5500-7850, rus mənbələrində isə 12000-12500 nəfərin gəbərməsi barədə məlumatlar var. Ermənistan statistikası 11 min nəfərin bu müharibədə yaralanması barədə məlumat verib (Məlumatda 5 min nəfərin 1-ci qrup, 6 min nəfərin isə 2-ci qrup əlil olduğunu açıqladı. 3-cü qrup əlillərlə bağlı məlumat, ümumiyyətlə, verilməyib). Rusiya sülhməramlılarının verdiyi məlumatda isə bildirilir ki, 5000 nəfər itkinlə bağlı qərargaha müraciətlər daxil olub.


General Sivkov, adicə bir riyazi hesablama aparın. Ermənilərin 38-40 minlik canlı qüvvədən düşmənin itkisi 23500+5000 nəfər itkinlə hesablansa, düşmən itkisi deyildiyi kimi 25,0% deyil, əslində 71,25% olub. Bu ən dəqiq rəqəmdir.


General Sivkovun diqqətinə çatdırım ki, 44 gün davam edən müharibə nəticəsində Ermənistan 10 ədəd S-300 və ona aid taktiki-döyüş vasitələri, 366 tank, 352 müxtəlif çaplı top, 22 ədəd Pilotsuz Uçuş Aparatı, 5 Su-25 təyyarəsi, 50 Tor, Osa, Kub, Kruq modelli zenit-raket kompleksindən məhrum olunub. Eyni zamanda döyüş əməliyyatları çərçivəsində xüsusi əhəmiyyətə malik 97 ədəd Qrad, 4 ədəd Smerç, 2 Uraqan, 1 Tos odsaçan, 1 ədəd Yars, Toçka-U, ballistik raketlər, Elbrus raket kompleksləri də məhv edilib.


22 ədəd Pilotsuz Uçuş Aparatı, 5 Su-25 təyyarəsi, 50 Tor, Osa, Kub, Kruq modelli zenit-raket kompleksi, 97 ədəd Qrad, 4 ədəd Smerç, 1 Tos odsaçan, 2 Uraqan, 1 ədəd Yars, Toçka-U, ballistik raketlər, Elbrus raket kompleksləri tipli silahları isə, məhz Sivkovun daxil olduğu qoşun növünə aid bu silahlar, onu işlədən rus hərbçiləri ilə birlikdə məhv edilib. Özü də geriyə tabutlarda qayıdan «Gruz-200» «soldatları» bu texnikaları idarə etmələrini erməni generalları da etiraf ediblər. Hətta Movsesyan bildirib ki, hətta ermənilər arasında Qrad atan mütəxəssis belə olmayıb.


Konstantin Sivkovun açıqlamalarını sizlərə təqdim edirik:


Hərbi elmlər doktoru, akademik, Rusiya Raket və Artilleriya Elmləri Akademiyası prezidentinin müavini Konstantin Sivkov HAYASA LIFE-ə verdiyi müsahibədə Azərbaycanın güya «Artsaxa qarşı 44 günlük təcavüzünün» nəticələrini şərh edib.


Mütəxəssisin fikrincə, Azərbaycan döyüş potensialına görə Ermənistanı beş dəfə üstələməsinə baxmayaraq, siyasi məğlubiyyətə uğradı və öz məqsədlərinə çatmadı. Buna Azərbaycanın bütün Qarabağı «ələ keçirə bilməməsi», əksər bölgələrin hərbi əməliyyatlar nəticəsində deyil, razılaşmaya əsasən Bakının nəzarətinə keçməsi sübut edir, digər tərəfdən rus sülhməramlılarının iştirakı da Əliyevin məğlubiyyətinin göstəricisi sayılmalıdır.


Sivkov avtomat götürmək və Artsax ordusu ilə birlikdə dayanmaq, güclərini ikiqat artırmaq əvəzinə İrəvanın mərkəzindəki binaları və binaların qapılarını qıran şərəfsiz insanları qınadı. Söhbət, 10 noyabr gecəsi üçtərəfli bəyanat imzalandıqdan sonra İrəvandakı etirazlarla bağlıdır.

Ekspertin fikrincə, Azərbaycan qəbuledilməz döyüş itkiləri, yəni ilkin qruplaşmanın təxminən 15-20% -i səbəbindən döyüşü dayandırdı. Əlavə hücum qeyri-mümkün oldu. Sivkov qeyd etdi ki, Əliyev müharibəsiz ərazilər əldə edə bilərdi, lakin minlərlə azərbaycanlının həyatını qurban verməyə qərar verdi və tezliklə bu barədə məlum olacaq.


Alim bir daha vurğulayıb ki, Ermənistan öz siyasi hədəfinə çatıb — ordusunun əsas hissəsini qoruyub saxlayıb və Dağlıq Qarabağ ərazilərinin sonadək itirilməsinə imkan verməyib. Azərbaycan da öz qarşısına bütün Qarabağı «ələ keçirmək vəzifəsi» qoymuşdu, lakin məqsədinə çatmadı, yəni hərbi məğlubiyyətə uğradı. Sivkov əmindir ki, Azərbaycan hücum potensialını tamamilə tükətdi, buna görə müharibəni davam etdirə bilmədi.


Hərbi elmlər doktoru ilə müsahibənin təfərrüatlarına aşağıdakı linkdən baxmaq olar:

Bu xəbəri paylaşın: