Qareqin Njde 1 yanvar 1886-cı ildə İrəvan quberniyasının Naxçıvan qəzasında Güznüt kəndində anadan olmuşdur.
1902-ci ildə Peterburq universitetinin hüquq fakültəsinə daxil olur, 1904-cü ildə təhsilini yarımçıq qoyub, erməni millətçilərinə qoşulur. İrana köçərək daşnakların orada təşkil etdiyi hərbi məktəbdə təhsil alır, sonra Sofiyadakı zabit məktəbinə daxil olur. Məktəbi bitirdikdən sonra Murad Sebastasinin başçılıq etdiyi erməni silahlı dəstələrindən birinə qoşulur. Eyni vaxtda Qareqin Daşnaksütuna üzv olur və Njde ləqəbini alır. 1909-cu ildə Rusiyaya (Qafqaza) silah almaq məqsədi ilə gəlir, Njde həbs olunur. Lakin 1912-ci ildə azad olunur və Bolqarıstana qayıdır.
I Balkan müharibəsində Osmanlı imperiyasına qarşı döyüşlərdə iştirak edir, 272 nəfərlik könüllü erməni dəstəsinə başçılıq edir.

Birinci dünya müharibəsi başlayanda Rusiya imperiyasının Sofiyadakı səfirliyinə gələn Qareqin Njde öz xidmətlərini təklif edir. Drastamat Kanayanın başçılıq etdiyi erməni könüllü dəstəsinin komandir müavini təyin olunur. 1915-ci ilin mayında 3-cü dərəcəli Müqəddəs Vladimir, 4-cü dərəcəli Müqəddəs Anna ordenləri ilə, həmin ilin iyulunda isə 2-ci və 3-cü dərəcəli Georgi xaçı ilə təltif olunur.
Daşnakların Türkiyəyə qarşı vuruşan dəstələrindən birinə rəhbərlik edən Njde Ararat respublikasının ordu quruculuğu məsələləri ilə də məşğul olur. 1919-cu ilin sentyabrında, daşnak hökuməti tərəfindən Zəngəzura göndərilir, onun vəzifəsi bu əraziləri azərbaycanlılardan təmizləmək idi. Njdenin rəhbərlik etdiyi silahlı dəstələr, burada yaşayan azərbaycanlı əhalinin kütləvi qətli ilə məşğul olur, Njdenin bilavasitə rəhbərliyi və göstərişi ilə azərbayacanlılar yaşayan kəndlər yandırılır, əhalisi qətlə yetirilir və öz evlərindən qovulur. Yəni Njde insanlığa qarşı cinayətlər törətmiş bir canidir.
Njdenin üzdəniraqlığı onun insanlığa qarşı cinayətlərə meyilləndirən psixoloji amillərdən olması heç bir tədqiqatçının nəzərindən qaçmamalıdır. Əslində belə psixoloji problemi olanlar, qadınlara, uşaqlara və xüsusən də kişilərə qarşı xüsusi qəddarlıqları ilə seçilirlər. Bunu cinayətkarların təhqiqatıyla məşğul olan peşəkarlar yaxşı bilirlər.
Nədənsə erməni «qəhrəmanlarının» və tanınmış tarixi şəxslərinin böyük əksəriyyəti, məhz bu cür üzdəniraqlardır. Tarixi aspektdə bu problemə diqqət yetirək. Erməni tarixçi Georq Qoyan «Erməni teatrının 2000 yaşı» adlı kitabında qeyd edir ki, fahişəlik peşəsi ermənilərin tarixi ilə sıx bağlıdır. Arşakuni sülaləsinin tarixinə dair araşdırmalar edən erməni tarixçi Favstos Buzand öz əsərində erməni katalikosu İusikin (340-345 illər) oğullarının vardzaklar, bozlar (fahişələr), qusanlar (aktyorlar və komediantlar) ilə eyş-işrət yaşadığını qeyd edir. Bununla peşəkar erməni fahişələrinin məbədlərlə yanaşı, antik teatrları da hədəf seçdikləri aydın olur.
Bəs vardzak nə deməkdir? Qədim erməni dilindən gələn bu sözün birinci mənası eyş-işrət məclislərində və ictimai yerlərdə oxuyan və rəqs edən aktrisalar, ikinci yüngül əxlaqlı qadınlar, üçüncüsü mənası fahişələr, dördüncü mənası isə mimosdur.
Favstos Buzand “vardzak” sözünün mənasını “hamıya açıq olan qadın” olaraq qeyd edir. Sonradan ermənilər arasında «vardzak», «qusan», «boz» kimi terminlər «mimos» sözündə birləşib. Bu ifadə isə həm erməni qadınlara, həm də kişilərə aid imiş. Demək ki, arşakunilərdən bu tərəfə hökmdar sarayında erməni qızlarla bərabər erməni oğlanları da öz “şücaət”lərini göstərirlərmiş. Buradan da aydın olur ki, bu peşə həmçinin hay kişilərinin “çörək pulu”su imiş. Vardzakların bir nümayəndəsi olan Njdenin hay toplumu üçün niyə əziz olmasını anlatmaq üçün bu faktlara diqqət yetirməliyik.

Hayların baş kəsib qan tökən milli qəhrəmanları həm də ehtiraslı gözəlçə olaraq “tarix” yaradıblar. Bunu oxuduğum bir araşdırmada bir daha anladım və kimliyi bizlərə də bəlli olan məşhur “hay qəhrəmanları”nın gerçək üzünü siz oxucularla da paylaşmaq qərarına gəldim.
Qaregin Njde ermənilərin “Sünik xilaskarı” adlandırdıqları milli qəhrəmanlarıdır. Türk ulusuna aşırı nifrəti ilə seçilən bu “tarixi şəxsiyyət” əslində on minlərlə Osmanlı və Azərbaycan türkünün qətlə yetirilməsində birbaşa günahkar sayılan, Zəngəzur və Yelizavetpol (Gəncə) qəzalarında günahsız insanları qətlə yetirən Andranik Ozanyanın komandiri olmuşdu. Hayların bildiyi, lakin etiraf etmədiyi bir gerçək daha var, belə ki, bu «xalq qəhrəmanı» Qaregin həm də bədii şəkildə desək,”gecə əzabları”nı sevən “ehtiraslı gözəlçə” imiş. Onun kimliyi haqqında ilk dəfə rus bolşevik ordusunun qurucusu Lev (Leyba) Davidoviç Bronşteyn yazıb.Belə ki, Lev Davidoviç 1913-cü ilin noyabrın 15-də Njdenin komandiri olduğu dəstə ilə Bolqarıstanda Məhrəmli adlı türk kəndinə hücum edərək yüzlərlə günahsız insanı vəhşiliklə qətlə yetirir.
“Şücaətin”ə görə ordenlərlə mükafatlandırılan Lev Trotski bolqar sosial-demokratlarına ünvanladığı məktubunda yazırdı: «Yoldaş Njdenin əməllərini duydum və onunla bəlkə də fəxr etmək olardı. Hər halda o, imperialistlərə qarşı pis vuruşmur. Lakin yoldaşlar bildirirlər ki, döyüşdən sonra yoldaş Njde iki türk gəncini öldürməməyi əmr edib, onları müvəqqəti qərargah etdiyi kəndli daxmasına aparıb. Mənə çatan məlumatlara görə, yoldaş Njde həmin axşam o türk gənclərdən onu «sevmələrini» tələb edib, özü qadın paltarı geyib və səhərədək «təcavüzə» məruz qalıb. Səhər açılanda isə həmin türkləri güllələyib. Bu hadisə biabırçılıqdır və ümid edirəm ki, gərəkli nəticələr çıxarılacaq».
1919-1920-ci illərdə Azərbaycan kəndlərinə divan tutan Poqos Ter-Davityanın 1921-ci ildə Smon Vrasyana ünvanladığı məktubunda yazırdı: «… Njdenin murdarlığını kim bilmir ki?! Tatev kilsəsində otura bilərsiniz, Gorusda 32 tatar kəndini yandırıb kül etməyinizlə qürrələnə bilərsiniz. Amma mən bilirəm Njdenin kim olduğunu. O, mən yavəri olanda dəfələrlə «gəl, bu gecə sənin gözəlçən olacağam, mənə əzab ver, incit məni, sev məni» deyərdi. Yazıqlar olsun sizə ki, başınızda zahiri kişi, içi isə küçə fahişəsi olan adam durur».
Njde 1937-ci ildə «Seqakreon» adlı ifrat millətçi təşkilat yaradanda məşhur daşnak Manuçar Suikasyan demişdi: «Gör erməni milləti nə günə qalıb ki, həftədə iki-üç dəfə özünü iki-üç kişiyə zorladan, ən əxlaqsız əməllərdən həzz alan yarıqadın-yarıkişi Njde bizə cəsarət və kişilik dərsi keçir».
Qeyd edim ki,Qaregin tək misal deyil, belə ki, ermənilərin paşa adlandırdıqları Andranikin “ehtiraslı qadın olmaq” istəyi və nakam məhəbbəti bir çoxlarına aşikardır, olmayanlar varsa da, artıq xəbərdar olacaqlar. Belə ki, 1891-ci ildə «Hnçakyan» Partiyasına qoşulan Andranik Ozanyan İstanbuldakı «Lodos» meyxanasında içib iki yunan gənclə səhərədək sevişdiyi üçün partiyadan qovulmuşdu. O biabırçı olaydan sonra partiya üzvləri Ozanyanı «mademuazel Andranik» adlandırmışdılar.
1907-ci ildə Daşnaksutyuna üzv olan Andranik burada da öz iyrənc əməllərinə davam edir. Belə ki, daşnaklar 1908-ci ilin yayında Ozanyanın içib qadın paltarında meyxanada oynamasını, sonra da oradakı ermənilərə «Ahh, içim yanır — məni söndürən tapılarmı?!» deməsini ikrahla xatırlayırdılar.
İstanbul daşnaklarının liderlərindən olan Masis Tovjyan isə deyirdi: «Beləsinin üzünə tüpürmək belə, istəmirəm. Andranik Ozanyan çox əxlaqsız, sürtük bir insandı. Uşaqbazlığını, kişilərlə yatağa girib «ehtiraslı qadın» olmaq istədiyini gizlətməyən dəyyusdur o!”.Andranikin paşa adlandırılmasının tarixçəsi də onun nakam məhəbbəti ilə bağlıdır. 1895-ci ildə Qarsdan Samsuna yollanaraq Axbur Serob adlı erməni qiyamçısının dəstəsinə qoşulan Andranik elə ilk gecəni Serobun çadırında keçirir. Səhəri gün 4 nəfər güllələnir. Onlar Serobla Andranikin gecə eyş-işrətini görmüş mühafizəçilər idi.
1900-cu ildə kürd ağa Bşare Xəlil erməni Serobu tələyə salıb başını kəsir. «Sevgilisi»nin öldürüldüyünü eşidən Andranikin üç gün-üç gecə ağladığı deyilir. Serobun öldürülməsindən 8 ay sonra Andranik dəstəsi ilə Xəlil ağanın kəndinə girir. Kürd ağanı və onun 17 mühafizəçisini öldürürür. Beləliklə, Andranik həmcins sevgilisi Serobun qısasını alır. Məhz bu olaydan sonra ermənilər Andranikə «paşa» deməyə başlayırlar.
Andranik ABŞ-da son günlərini yaşarkən, onun qulluqçularından biri olan Repsime Yanusyan bu adamın ömrünün son günlərinədək hər gecə yatarkən qadın tumanı geyməsi barədə xatirələrini bugün də ermənilər gizliliklə qoruyur.
Njde həmçinin Vedibasarda və Göyçə mahalında azərbaycanlı əhaliyə qarşı qırğınlar törədir. Njdenin dəstələri 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının ordusu ilə döyüşlərdə iştirak edir. Ən gərgin döyüşlər 1920-ci ilin mart ayında gedir. Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra, Njde sovet ordusunun hərbi birləşmələri ilə də döyüşlər aparır. 1920-ci ilin sentyabrında sovet ordusunun hissələri Qafanı tutur, Njde öz dəstələri ilə Mehri tərəfə çəkilir və burada mövqe tutur. 1920-ci ilin qışında Njde Zəngəzurdakı digər erməni dəstələri ilə birgə qırmızı ordunu sıxışdırıb çıxara bilir. 25 dekabr 1920-ci ildə Njde və silahdaşları Zəngəzurda «Dağlıq Erməni Respublikası»nın yaradılmasını elan edirlər. 1921-ci ilin fevralında Ermənistanda kommunistlərə qarşı yönəlmiş üsyan, Qırmızı Ordunun əsas qüvvələrini İrəvan üzərinə göndərməyə vadar edir. Bütün bu zaman ərzində silahlı erməni dəstələri Qarabağ və Naxçıvanda yaşayan azərbaycanlı əhalinin kütləvi qətllərini törədir.

Qaregin Njde özünü yaratdığı oyuncaq respublikanın «ali baş komandan»ı elan edir. Lakin iyulun ilk günlərində hücuma keçən sovet qoşunları, erməni dəstələrini darmadağın edir və Ndje öz dəstələrinin qalıqları ilə İrana qaçır.
Qafqazdan qaçandan sonra Njde Bolqarıstana gəlir və bu ölkənin vətəndaşlığını qəbul edir. Lakin 1933-cü ilin yayında ABŞ-a köçür, burada o Tanderqyana türk səfiri Muxtar bəyin öldürülməsində kömək etmək niyyətində idi. ABŞ-da Njde «Tseqakron» hərəkatını təsis edir (qatı millətçi, faktiki faşist ideologiyasına malik təşkilat). 1937-ci ildə Daşnaksütunun sıralarından ayrılır. Faşist Almaniyası ilə əlaqələr yaradır, Rozenberqlə görüşür, onları Türkiyəyə hücum etməyə çağırır və öz köməyini təklif edir.
1942-ci ildə general Dro ilə (Drastamat Kanayan) birlikdə Vermaxt nəznində erməni hərbi birləşmələrinin formalaşdırılmasında iştirak edir.
15 dekabr 1942-ci ildə Njde almanların yaratdığı «Erməni milli şurası»nın 7 üzvündən biri və «Azad Ermənistan» qəzetinin redaktor müavini olur. Dro və Njdenin başçılıq etdiyi erməni hərbi birləşmələri, Krım yarımadasının işğalında və Qafqazdakı döyüşlərdə iştirak etmişdilər.
Almaniya rəhbərliyi Qafqazdakı və Türkiyədəki erməni əhalisini bu ölkələrdə qarışıqlıq yaratmaq üçün istifadə etməyə hazırlaşırdı, lakin cəbhədəki uğursuzluqlar onları bu planlarından imtina etməyə məcbur etdi.

Sovet ordusu Bolqarıstana girəndə Njde, müharibənin sonunun yaxınlaşdığını görüb özünə yeni müttəfiqlər axtarır və sovet generalı Tobluxinə məktubla müraciət edir. Məktubunda o, özünə bəraət qazanmaq məqsədilə nasistlərlə yalnız onların Türkiyəyə müharibə elan edəcəyinə inandığı üçün əməkdaşlıq etdiyini iddia edir və Sovet İttifaqının Türkiyəyə müharibə elan etməsinin zəruri olduğunu bildirir, özünün isə bu işdə SSRİ ordusuna istənilən yardımı edəcəyinə söz verir. Lakin sovet hərbi əks-kəşfiyyatı onu həbs edərək Moskvaya göndərir. Bir müddət Dövlət Təhlükəsizlik Nazirliyinin həbsxanasında qaldıqdan sonra Njde İrəvana göndərilir. Məhkəmə zamanı Qareqin Njde antisovet fəaliyyətində və kütləvi qətlləri təşkil etməkdə günahkar bilinir və 25 illik həbs cəzasına məhkum olunur.
Njde 21 dekabr 1955-ci ildə Vladimir şəhərində həbsxanada gəbərib.
Fedai.az Araşdırma Mərkəzi
