«Tərtər işi» adıyla aylarla davam edən müzakirələr uzandıqca Qurban Məmmədovun istəkləri üzə çıxır. İnsanların dərdləri üzərindən getməyən «mal kimi» özünü bazarlayan bu adamın tək bir məqsədi var: «Özünü reklam etmək».
İnsanların təbii hislərini manipulyasiya edərək, elan edir ki, güya bu məsələni beynəlxalq məhkəmələrə çıxaracaq. Amma özü dəqiq bilir ki, yerli instansiyalardan keçmədən bu mümkün deyil. Ona görə də aidiyyatlı qurumları və instansiyaları bəri başdan tanımadığını elan edir. Əks mövqelərə qarşı quduz münasibət sərgiləməklə prosesin doğru məcraya yönəlməsinin qarşısını almağa çalışır.
Kimsə bu işdə günahsızların və zərərçəkmişlərin olmasını danmır. Hər kəs zərərçəkmiş şəxslərlə bağlı Dövlətin tədbir görməsini istəyir və öz səngər, kazarma yoldaşına qarşı iyrənc işgəncə üsullarına yol verənlərin və sifarişçilərin layiqincə cəzalandırılmasını istəyir və edir. 19 nəfəri, məhz Hərbi Prokurorluq bu cür əməllərə görə həbs edib və mövcud qanunlara görə azadlıqdan mərhum edilməsinə nail olub. Yüzlərlə müraciətə cavab verib və onlara aidiyyatı üzrə məhkəmələrə yönləndirib. Məhkəmələr tərəfindən həmin iş üzrə yekun qərarların qəbul edilməsinə baxmayaraq Hərbi Prokurorluğun müvafiq vəzifəli şəxsləri tərəfindən onların valideyinləri və nümayəndələri dəfələrlə qəbul edilib və müvafiq izahlar verilmişdir.
Amma adamlar nədənsə ədalət və haqq axtarışına dəxli olmayan Qurban Məmmədova üz tutublar. Bu adam hüquqşünas olsa da elementar nüansları belə hüquqi prizmadan deyil, cəpərbaşı dalaşan zənənlər sayağı qaraqışqırığa salıb yola verir. Özünü blogger-jurnalist elan edən bu adam alternativ fikirlərə quduz münasibət bildirməklə peşə etikasını ayaqlar altına sərir. Güya hər kəs onun kimi düşünməyə məcburdur. Ölkənin birinci şəxsindən sonuncu şəxsinədək hər kəsə «hökm» kəsir, cinayətkar elan edir və Şeyx Nəsrullah babası kimi oturub sonra da «mömin-mömin» ölü diriltməkdən laflar edir.
Aidiyyatlı qurumları bu məsələyə münasibət bildirməməklə suçlayır. Ölkənin Baş Prokuroru Kamran Əliyev məsələyə münasibət bildirərək deyib: «Tərtər işi ilə bağlı 2017-ci ildə istintaq işi aparılıb. Burada müəyyən edilən konkret cinayət işləri ilə bağlı işlər başlanılıb, konkret şəxslərə ittihamlar elan edilib, müvafiq məhkəmə hökmləri çıxarılıb və bu iş Ali Məhkəməyə göndərilib. Bununla bağlı ictimaiyyətə ətraflı məlumatlar verilib. Bu işin ətrafında əsassız olaraq hay-küy yaratmaq absurdur». O, bildirilən bu münasibəti hədəfə alır. Əxlaqa zidd bir şəkildə ifadələr işlədir. Sadəcə ayıbdır. Pubika ilə oynayan bu adam hər gün üçün bir oyun senarisi qurur və zavallı insanların duyğuları ilə öz çirkin oyununu davam etdirir.
Bu müzakirələr, yadıma, qardaş Türkiyədə daha əhatəli və hətta or. generalların həbsiylə nəticələnən «Balyoz darbe planı» ilə bağlı keçirilmiş əməliyyatları saldı. Öncə bildirim ki, bu miqyasda bir araşdırma heç zaman ictimailəşdirilmədi. Çünki ortada Dövlətin və Ordunun imici zədələnə bilərdi.
Müxalifəti və mediası, istərsə də diasporu bizdən dəfələrlə güclü olan Türkiyə hərbçiləri öz «Qurbanlarına» üz tutmadılar. Ədalətin təcəllə edəcəyi qapıları döydülər. Şəxsi ambisiyası və şəxsi mənfəətlərini milli maraqların fövqündə bilənlər belə şeyləri anlamazlar.
«Ailə haqlarını ödəməyi unutmayın!» şüarıyla meydana çıxan birisi hər kəsi öz arşınıyla ölçərək alverdə günahlandırır. Bu üsulla mövzunu öz monopoliyasında saxlamağa çalışır.
![](https://fedai.az/wp-content/uploads/2021/06/elnur.jpg)
Araşdırma Qrupu olaraq bu mövzuyla bağlı müzakirə iştirakçılarının az qala xorla düşmən tərəfə keçməyin mümkünsüzlüyü, xəyanətkarların olmaması ilə bağlı bir neçə bu işdən qabaq baş vermiş cinayət hadisələrini sübut gətirərək bu fikrin tam yanlış olmasını yazmışdıq. Təkrarda fayda var. Ermənistanın kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin sabiq hərbi qulluqçusu Hüseynzadə Elnur Elman oğlu barədə bildirilir ki, Elnur Hüseynzadə 01 fevral 2017-ci il tarixdə Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndi ərazisindən düşmən tərəfinə keçmişdir. Həmin fakta görə 2 fevral 2017-ci il tarixdə Elnur Hüseynzadə barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə (dövlətə xəyanət) cinayət işi başlanmışdır. 17 fevral 2017-ci il tarixdə Elnur Hüseynzadənin həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. Elnur Hüseynzadə xidmət müddətində intizamsız davranışı ilə seçilmiş, mənfi xarakterizə olunmuş və dəfələrlə xidmət yerini özbaşına tərk etmişdir”.
Qeyd edək ki, 2017-ci ildə qoşunların təmas xəttini keçərək işğalçılara əsir düşən Elnur Elman oğlu Hüseynzadə 2 ildən sonra sərbəst buraxılıb. Erməni tərəfi bildirir ki, azərbaycanlı əsir hələ fevralın 2-də həbsdən azad olunub. O, Azərbaycana dönmək istəmədiyi üçün üçüncü ölkəyə təhvil verilib.
Xatırladaq ki, o, 2017-ci ildə Tərtərin Talış kəndi istiqamətində düşmən əlinə keçmişdi. Sərhədi qanunsuz keçməkdə ittiham edilən Elnur Hüseynzadəyə işğalçı rejimin “prokurorluğ”u tərəfindən hökm oxunmuşdu».
Amma «qaragüruhçular» ciddi-cəhdlə düşmən tərəfə keçmənin mümkün olmadığını yazır və deyirlər. Mina sahələri, izləmə aparatları, sensorlar və s. olmasına baxmayaraq, Elnur Elman oğlu Hüseynzadə düşmən tərəfə keçib və bu gün Qurban bəy kimi xaricdə yaşayır. Deməli, keçmək imkanları və keçənlər olub. Düşünürük ki, bu günahsızları ordu daxilindəki günahkar qruplaşma siyahılaşdırıb. Bu məqama qəti yaxın düşməyən Qurban Məmmədov dərhal mövzunu aidiyyatı olmayan istiqamətlərə, xüsusən də bu proseslərə ən axırda qoşulan Hərbi Prokurorluğa yönəltməsi, sizcə maraqlı deyilmi? Ordunun Daxili Təhqiqatı, Hərbi polisi və s. olduğunu bilə-bilə, niyə diqqəti yanlış istiqamətlərə yönəldir?
Bu gün də məsələyə münasibətini faktlarla ortaya qoyan tək orqan Hərbi Prokurorluq olduğunu görməkdəyik. Faktiki olaraq «cinayətkar» və «Vətən xaini» elan edilmiş şəxslərin günahsızlığını məhkəmədən öncə müəyyən etməsini də bu gün Q. Məmmədov cinayət sayır. Bu gün azadlıqda olan gözü bağlı olduğunu deyən şəxsləri yönəldici suallarla, məqsədli şəkildə Hərbi Prokurorluq əməkdaşları üzərinə yönəltməklə Q. Məmmədov çirkin bir oyun apardığını görmürsünüzmü?
Bu adam öz danışdığını daim təkzib edib, don geydirməklə hər kəsi aldatdığını düşünür. Öncə yerlibazlıqla bağlı dediyi fikirlərini sarkazm, bu dəfə onu idarə edənlər haqqında dediklərini komizm adlandırdı. Sabah da bu günlər ərzində danışdıqlarını tragediya adlandırsa, təəccüblənməyin. Yəni badımcan qaranlıqda xiyara oxşaya bilər. “Mənim apardığım bu iş tək mənim məhsulum deyil ee… Qardaşım burada yüzlərlə ziyalı işləyir. Üstəgəl bəzi dövlətlər rəsmi qaydada mənlə əlaqəyə girir. Nəyi nə vaxt etmək lazımdır, dedirdirlər mənə…Onu bilirsiz…Başa düşdünüz məni?”-deyən birisi üçün onları «banan» kimi təqdim etmək çətin deyil. Sadəcə bir az vicdan korluğun olsa, yetər.
Son vaxtlar «Tərtər işi» ilə bağlı Əfqan Muxtarlı ətrafında yayılan xəbərlər bu dediklərimizi bir daha təsdiqləyir. Almaniyada məskunlaşmış müxalifət fəalı Əfqan Muxtarlı mənbəyi məlum olmayan tərəfin təklifi əsasında «Tərtər işi» ilə bağlı məşğul olmaq fikrində olduğunu bildirib. Məlumata görə Əfqan Muxtarlıya “Tərtər işi”nin ictimai gündəmdə saxlanılması üçün Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri və Hərbi Prokurorluğun rəhbərliyinə qarşı kampaniyanın aparıldığı müddət ərzində maliyyə dəstəyinin göstərilməsi vəd olunub.
Əfqan Muxtarlı, həyat yoldaşı Leyla Mustafayevanın belə məsələlərdə qrant ayıran donorlarla işgüzar kontaktları olduğunu qeyd edib. Həmçinin bildirib ki, “Tərtər işi” barədə ilkin layihə hazırlayaraq bundan maliyyə ayrılmasının mümkünlüyünün öyrənilməsi üçün əvvəlcədən təşkilatlarla məsləhətləşməlidir. Bu məqsədlə hazırda Əfqan Muxtarlı “Tərtər işi”ndə ölənlərin və işgəncə verilib həbs edilənlərin, eləcə də işgəncədə adı keçənlərin siyahısını əldə etməyə çalışır.
Qeyd edək ki, Əfqan Muxtarlının “Tərtər” məsələsinə maraq göstərməsi həmin iş üzrə qrant layihəsi həyata keçirən Niderlandda məskunlaşmış Leyla Yunusun eləcə də “Youtube” vasitəsilə kampaniya aparan Londonda məskunlaşmış Qurban Məmmədovun narazılığına səbəb olub. Leyla Yunus həyat yoldaşı Arif Yunus vasitəsilə Əfqan Muxtarlıya mesaj göndərib ki, onlar bu işlə əvvəldən məşğuldurlar. Yəni məsələ ilə bağlı qrant almağa səy göstərməsin. Yəni bu qruplaşmanın davasının kökündə kimlərinsə pozulmuş hüquqları deyil, alacaqları qrantların taleyi daha maraqlıdır.
Dəriləri beş para etməzlərin ağzında ədalət kəliməsi çox iyrənc görünür. Belələrini, nə qrantı verənlərin kimliyi, nə də vətən və vətəndaş maraqlandırmır. Təki satmağa mal və məkan olsun…
Fedai.az Araşdırma Qrupu