II Qaregin Qarabağda «at oynadır»…

Hələ də quldurbaşı kimi üzdəniraq Arayik Arutyunyan Facebook səhifəsində bildirib ki, bütün ermənilərin katolikosu II Qaregin Artsaxa patriarxal bir ziyarətə gəlib.

“Əziz həmvətənlər!

Bu gün Xankəndi (Stepanakert) şəhər memorial kompleksində, patrearxal ziyarət üçün Qarabağa gələn bütün ermənilərin katolikosu II Qareginlə görüşdüm.

Səfər çərçivəsində Katolikos Amaras və Qandzasar monastır komplekslərini ziyarət edəcək və bazar günü səhərin Müqəddəs Tanrı Anası Şəfaət Katedralində İlahi Ayinlərə xidmət edəcək»-deyə Arutyunyan paylaşım edib.

Rusiyanın işğalçı Qarabağ kontingenti günbəgün həddini aşmaqda davam edir. Din pərdəsi altında ermənilər yüz illərdir ki, terror planları cızdığı ortadadır. Bu gün həlak olmuş jurnalistlərin də ölümü Rusiyanın qanlı əllərinin məhsuludur. Ziyarət adı altında ərazilərə keçirdikləri ermənilər diversiya fəaliyyətlərini həyata keçirirlər. Bu gün Laçını, Şuşanı və Kəlbəcəri blokada saxlayan rus birlikləri ölkənizdən rədd olub getməlidirlər. İvan idi domoy!

Bu xəbəri paylaşın: