Mən müharibə iştirakçılarının sosial hüquqlarının bərpası və qorunması, veteranlara, onların ailə üzvlərinə hüquqi yardım göstərilməsində, həmçinin əmək bazarına hazırlanmasında yaxından köməklik göstərdiyinə görə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə (AVMVİB) təşəkkür edirəm.
Mən Abdullayev Cavad Tanrıverdi oğlu işğalçı Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə başlayan, 44 gün davam edən və Azərbaycanın tam Qələbəsi ilə nəticələnən Vətən müharibəsində iştirak etmişəm.
Qarabağ müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinin sosial problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması hər zaman dövlətin diqqət mərkəzindədir. Lakin bəzi məmurlar və iş adamları veteranların hüquqlarını tapdalayırlar.
Mən Vətən Müharibəsi döyüşlərindən qayıdandan sonra əmək fəaliyyətinə başladım. 2 ay işlədikdən sonra işlədiyim şirkət tərəfindən əmək haqqımın verilməsində problem yarandı. Mən məcbur qalıb AVMVİB Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərova müraciət etdim və yaranmış probləm haqqında məlumat verdim. Bir neçə saat keçməmişdi ki , Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Fedai.az saytının əməkdaşları tərəfindən problemim öz həllini tapdı.
Ona görə də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə, Fedai.az və Veteran.az sayıtlarının bütün əməkdaşlarına öz təşəkkürümü bildirirəm.
Cavad Tanrıverdi oğlu Abdullayev
Vətən müharibəsi iştirakçısı