AVMVİB Rəhbərliyi, Fədai.az kollektivi və Azərbaycan vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin üzvü polkovnik — leytenant Həsənov Bəxtiyar Xasay oğlunu ad günü münasibətiylə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı , xoşbəxtlik , ailə səadəti arzulayır.
Polkovnik-leytenant Həsənov Bəxtiyar Xasay oğlu 07 iyun 1970-ci il də Bakı şəhərində anadan olub. 2 (iki) övladı var.
O, 1991-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Novasibiriskidə yerləşən Ali Hərbi Komandanlıq məktəbi, 1997-ci ildə isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən Zabit Heyyətinin təkmilləşdirmə kursunu, 2015-ci ildə isə Sankt-Peterburqda Dövlət İqtisadiyyat Universitetinin Hüquq fakultəsini ( magistr dərəcəsi üzrə) bitirib.
Polkovnik-leytenant Həsənov Bəxtiyar Xasay oğlu 1991-1993 –cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Ədliyyə Nazirliyinin mühafizə kanvoy alayında taqım və bölük komandiri vəzfəsində olub. 1994-cü ilin yanvar ayından 2008-ci il avqust ayının 31-nə kimi DİN-in Daxili Qoşunlarının Bakı şəhərinin Binəqədi və Xəzər rayonlarında (Biləcəri, Qala qəsəbəsində), Hacıqabul rayonunda, Gəncə, Lənkəran və Naxçıvan şəhərlərində yerləşən hərbi hissələrdə hərbi hissənin döyüş hazırlığı rəisi, hərbi hissə komandirinin müavini və hərbi hissə komandirinin müavini — qərargah rəisi, Daxili İşlər Nazirinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbində isə Hərbi Elmi Şöbənin rəsi vəzifələrində olmuşdur.
Polkovnik-leytenant Həsənov Bəxtiyar Xasay oğlu Azərbaycan Respublikasının Suverenliyi, Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.
Polkovnik-leytenant Həsənov Bəxtiyar Daxili Doşunların nümayəndə heyyətinin tərkibində Türkiyə Jandarma Qüvvələrinin və Rusiya Federasiyasının Daxili Qoşunlarının xidməti fəaliyyəti ilə tanış olmaq üçün tanışlıq və təcrübə məlumatları toplanması və gərəkli cəhətləri öyrənmək məqsədi ilə İstanbul, Ankara və Permski şəhərlərində işgüzar səfərdə olub.

Bəxtiyar Həsənov, hümanistliyı və səmərəliyi ilə seçilən, ən məhsuldar dövrünün 21 illik şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında keçirmişdir. Polkovnik-leytenant Bəxtiyar Həsənov Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
B. Həsənov Daxili Qoşunlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinə məsuliyyətlə yanaşıb.
Onun səmərəli və məqsədyönlü fəaliyyəti, Daxili İşlər Nazirliyi və Daxili Qoşunlar komandanı tərəfindən həmişə qiymətləndirildiyinə görə, Daxili İşlər Nazirinin və Daxili Qoşunlar Komandanının müvafiq əmri ilə xidmətdə fərqləndiyinə görə bir sıra medallarla, döş nişanı ilə və “Fəxri Fərmanla” mükafatlandırıb.

Azərbaycan Vətən Müharibəsinin Veteranlar İctimai Birliyinin təsis etdiyi medal və döş nişanı ilə təltif edilib.
Dərin hörmətlə, AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini, polkovnik Salman Musayev