Koronavirus Lazımı gözləmədən Qarabağda dolaşır

Azərbaycanın işğal olunmuş ərazilərində koronavirusun yayılma riski yüksək olaraq qalır.

Laçının Mirik, Bozlu kəndləri ilə yanaşı, Hüsülü kəndi də karantinə alınıb. Bu həmin kəndlərin 3 sakinində koronavirusun tapılmasına görə atılıb. Bu gün yoluxan şəxs Laçının Mirik kəndindən ilk yoluxan şəxsin ailə üzvüdür. Başqa bir nəfər isə Kəlbəcər (Ermənilərin məlumatında Şaumyan rayonu Karvaçar şəhəri yazılıb) şəhərinin sakinidir.

Bundan başqa, 4-ü polis əməkdaşı olmaql daha 6 şəxs virus simptomları ilə Laçın xəsətxanasına yerləşdirilib. Onlardan 2-də yüksək temperatur aşkar olunub. Təhlükəli tendensiyaya baxmayaraq, qondarma rejim rəhbərliyi “prezident seçkiləri”nin 2-ci turunu keçirəcəklərini elan ediblər.

Bu xəbəri paylaşın: