Eyy sayın Erdoğan…nereden, nereye: Ermənilərə yardım üçün yol axtaran Türkiyə?!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbul Patriarxı arxiyepiskop Sahak Maşalyana zəng edərək dəstək təklif edib.

AzToday.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” saytı məlumat yayıb.

Patriarxlığın mətbuat xidmətindən verilən məlumata görə, Ərdoğan, erməni icmasının imkansız vətəndaşlar üçün yaradılan fonda verdiyi maddi yardım üçün təşəkkürünü bildirib.

Ən maraqlısı isə odur ki, Türkiyə Prezidenti R.T.Ərdoğan erməni keşiş S.Maşalyana ölkədə qanunsuz yolla işləyən Ermənistan vətəndaşlarının vətənlərinə qayıtması üçün şərtləri yüngülləşdirdiyini xatırladıb və Ermənistana dərman və tibbi ləvazimat yardımı etməyə hazır olduğunu bildirib.

Türkiyənin rəsmi qurumları hələlik məlumata şərh verməyiblər.

P.S. Bu yazıya söz ardı olaraq bir video əlavə edir və soruşuruq: «Eyy sayın Erdoğan…nereden nereye? Bir vaxtlar Türklərdən qalan Axtamar məbədinə ermənilərin can atıb 100 illər bacarmadığı bir iş gördünüz. Erməni xaçını aid olmadığı məbədəvurdunuz. Həm də vaxtilə ermənilərə yardım edən o bivecləri qınadığınızı unudub, yardım etmək üçün araçı axtarırsınız…



Bu xəbəri paylaşın: