Yunanıstan Türkiyənin daha bir adasını işğal edib

Əvvəllər 18 ada və bir qaya işğal edən Yunanıstan, indi də Muğla vilayətimizin sərhədlərində yerləşən Plati qayasını işğal etdi.

Yunanıstan Müdafiə naziri, işğal altındakı qayalıqdakı əsgərləri ziyarət etdi. Afinanın işğal cəhdi 14 martda Yunanıstan Müdafiə Nazirinin müavini Alkiviadis Stefanis Kalolimnoz Adası və Plati Rifi ziyarət edərkən meydana gəldi. Yunanıstan Müdafiə Nazirliyi ziyarətini veb saytında yayımladı.

Kelemez (Kalymnos-Kilimli) adası ilə Keçi adası arasındakı Plati qayası 2 km uzunluğunda, 0,5 km enindədir.

MÜDAXİLƏ SIQNALI

Kardak böhranından 3 il sonra, 1999-cu ilin may ayında Plati qayasında liman açmağa çalışan Yunanıstana Ecevit hökuməti tərəfindən sərt reaksiya göstərildi. Bülent Ecevit Afinanın təşəbbüsünü «qəbuledilməz» olaraq xarakterizə etdi.

ECEVİT XƏBƏRDARLIQ ETMİŞDİ

Kardak böhranından üç il sonra, 1999-cu ilin may ayında Plati qayasını bir Yunan balıqçısına icarəyə verərək bir körpü açmağa çalışan Yunanıstana Ecevit hökuməti tərəfindən sərt reaksiya verildi və Afinanın Ankaradakı səfirliyin müşaviri Xarici İşlər Nazirliyinə dəvət edildi.

Ecevit Afinanın təşəbbüsünü «qəbuledilməz» olaraq xarakterizə etdi və xarici işlər naziri İsmayıl Cem «Plati qayalığı üzərində hüquqlarımızı itirə bilmərik» deyərək sərt cavab verdi.

Baş qərargah rəisi general Kıvrıkoğlu, «Yunanıstan bu təşəbbüsü davam etdirsə, 3-4 il əvvəl baş verənlər yenidən təkrarlanacaq. Türkiyə lazım olanı edər — deyərək Kardak böhranında olduğu kimi Türkiyənin müdaxilə edəcəyini vurğulamışdı.

1999-cu ildə Ecevit hökumətinin sərt reaksiyasından sonra geri addım atan Yunanıstanın peyk fotoşəkillərində, 2006-cı ildə Plati qayalığında evlər və kilsələr tikərək liman açmağa girişdi.

14 Mart 2020-ci ildə Müdafiə Nazirinin müavini Alkiviadis Stefanisin ziyarət etdiyi Muğla Plati qayasında kilsədə Yunan bayrağının dalğalandığı və qayanın Yunanıstan tərəfindən işğal edildiyi açıq şəkildə bəyan etdi.

Plati qayalığının əhəmiyyəti

Ümit Yalım, Birləşmiş Millətlər Təşkilatının Dəniz Qanunu Konvensiyası, 1982-ci il tarixli 121-ci maddəyə görə, insanların oturması və ya öz iqtisadi həyatları üçün uyğun olan qayaların, kontinental şelfə və eksklüziv iqtisadi zonalara sahib olduğunu xatırlatdı və dedi:

* Yuxarıda göstərilən müqaviləyə əsasən, Plati qayalığı ərazi suları ilə yanaşı eksklüziv iqtisadi zonaya da malikdir.

* Qayalığın işğal edilməsi ilə Türkiyə bölgədəki suverenlik haqlarını və neft, təbii qaz, balıq məhsulları üzərindəki haqqlarını itirmişdir.

На изображении может находиться: люди стоят, небо и на улице

Bu xəbəri paylaşın: