Çeçenistanda rusların törətdiyi SAMAŞKİ qırğını

25 il əvvəl 7-8 aprel 1995-ci ildə Samaşki kəndindəki yüzlərlə mülki vətəndaş, Rusiya qüvvələri tərəfindən həyata keçirilən əməliyyatda qadın, qoca və uşaq deyilmədən açılan atəş nəticəsində öldürüldü.

Samaşki kəndini müxtəlif istiqamətlərdən təyyarə bombardmanı, tank və minaatan atəşləri ilə qorxunc bir kabusa çevirdilər. Kəndi tamamilə məhv etdilər, yüzlərlə insanı qətlə yetirdilər. Yalnız 100-ə yaxın qadın və uşaq demədən diri-diri yandırıldı. Evlərin zirzəmilərinə, qapıların qarşısında və insanlarla dolu yerlərə qumbara atdılar, həbs olunanları güllələdilər.

Bu mülki vətəndaşlara qarşı Rusiya ordusu əsgərləri tərəfindən həyata keçirilən «təmizlik» əməliyyatı idi. Bu müharibə cinayətinə görə heç kim məsuliyyət daşımırdı. Üstəlik, bu müharibə cinayəti olaraq görülmürdü. Bu dəhşətli qırğını unutdurmaq xəyanətdir.

Bu xəbəri paylaşın: