Azərbaycanda 67 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 11 aprelədək ölkəmizdə 1058 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 200 nəfəri müalicə olunaraq sağalıb, 11 nəfər vəfat edib, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 2840 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Ümumiyyətlə, dünyada koronavirus ən çox Avropa qitəsində yayılıb.
Burada 852 899 nəfər virusa yoluxub. Ölənlərin sayı 73 625 nəfər təşkil edir.
İkinci sırada olan Şimali Amerikada 569 343 nəfər koronavirusa yoluxub, 21 833 nəfər ölüb.
Koronavirusa yoluxanların sayına görə, qitələr arasında üçüncü yeri Asiya tutur. Bu qitədə 287 318 nəfər koronavirusa yoluxub. Ölənlərin sayı 10 600 nəfərdir.
Cənubi Amerika 48 094 yoluxma, 1 951 ölü sayı ilə siyahının dördüncüsüdür.
Afrikada isə 14 220 yoluxma, 745 ölü sayı qeyd edilir.
Okeaniya ərazisində yoluxma sayı 7 720, ölənlər 61 nəfərdir.
Hazırladı: Nizami Həyatov
