Sumqayıtda imkansız veteranlara yardım edilib

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sumqayıt şəhər şöbəsində bir qrup çətin durumda olan veteran ailələrinə yardım paylanılıb.

Karantin şəraitində olduğuna görə şöbə sədri Temuraz Mansurov, həmçinin AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Zəkəriyyə Rəhimov tərəfindən yardımlar qismən təşkilatda, əsasən də ehtiyacı olan ailələrin yaşadıqları ünvanlara çatdırılıb.

Yardım paketləri koronavirus pandemiyası səbəbi ilə Sumqayıt Şəhər İcra Hakimmiyyəti tərəfindən təşkil olunub. AVMVİB Sumqayıt şəhər şöbəsinin sədri Temuraz Mansurov Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbərliyinə veteranlar adından öz minnətdarlığını bildirib.

Bu dar günlərdə əsil döyüşçü kimi dara «düşmüş» döyüş dostlarına yardım üçün can atan veteranlara salam olsun!

Elnur Səlim

На изображении может находиться: 3 человека, в том числе Mansurov Temuraz и Zakariyya Rahimov, люди стоят
На изображении может находиться: 3 человека, люди стоят и обувь
На изображении может находиться: 3 человека, люди стоят
На изображении может находиться: 2 человека, люди стоят
Bu xəbəri paylaşın: