Türkiyənin Daxili İşlər naziri istefa verdi…Ərdoğan qəbul etmədi

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bir qədər əvvəl canlı efirdə vəzifəsindən istefa verdiyini açıqlayıb.


Fedai.az xəbər verir ki, nazirin istefa səbəbi iki gündür Türkiyənin 31 böyük şəhərində komendant saatı tətbiq etməsidir.

Qərardan sonra Türkiyənin müxtəlif şəhərlərində yaranan qarışıqlıq, insanların marketlərə axın etməsi görüntülərini xatırladan Soylu, «Yaşadığım təcrübələr və xüsusi məsuliyyət tələb edən bu həssas dönəmdə mənzərə belə olmamalı idi. Millətimizə heç bir zaman zərər vermək istəməmişəm» deyib.

Soylu həmçinin küçəyə çıxmaq qadağasının tətbiqinin bütün məsuliyyətinin tamamilə ona aid olduğunu bildirib.

İki günlük komendant saatının bütün məsuliyyətini qəbul edərək istefa verən Soylunun istefası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməyib.


Açıqlamada Süleyman Soylunun vəzifəsinə davam edəcəyi bildirilib.

Bu xəbəri paylaşın: