İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun Türkiyənin erməni millətindən olan vətəndaşlarını Pasxa bayramı münasibətilə təbrik yazaraq, mesajının sonunu hətta erməni dilində yazması təkcə qardaş ölkədə deyil, Azərbaycanda da birmənalı qarşılanmayıb.

İmamoğlunun erməni məhəbbəti davam edir. Bu adam deyəsən «Qaregindən də artıq qriqoryan imiş». Əgər İmamoğlu belə Pasxa sevəniydisə son 10 il ərzində Türkiyəyə 75 min rusun ərə getdiyini nəzərə alıb elə onları təbrik edəydi. Hər halda 70 min ermənidənsə, 75 minlik gəlin «ordusu» daha perespektivlidir. Çünki bir rus deyimi var: «Rus tankları girməyən yerlərə, rus qızları girər».
Videoda erməni bicləri İmamoğluna öz «sevgilərini» belə izhar ediblər:
