Növbəti erməni həyasızlığı: Düşmən koronavirusdan sərhədlərin açılması üçün istifadə etmək istəyir

Ermənilər Türkiyəyə yalvarır: «Biz məhv oluruq, qurtuluşumuz sizin əlinizdədir!»

Pandemiya COVİD-19 qarşısında tamamilə mühasirədə və gücsüz vəziyyətdə olan Ermənistan rəhbərliyi kömək üçün Türkiyəyə müraciət etmək qərarına gəlib.

«Humanizm, ümumbəşəri prinsiplərİ əsas tutaraq Ermənistan dövləti rəsmi Ankaraya müraciət edib ki, əgər Türkiyə hakimiyyəti, Axuryan çayı bölgəsindəki Ermənistan-Türkiyə sərhədinin hissəsini qida və tibbi ləvazimatlar üçün qısa müddətə açmağı mümkün sayarsa, 3 milyon əhalinin yaşaması üçün qonşu dövlətlərin dərman və ərzaq yardımı həyati əhəmiyyət daşıyır.»

Bu müraciətə dəstək üçün Erməni Apostol Kilsəsi (AAC) Konstantinopol Yepiskopluğunun Patriarxı, Yepiskop Sahak Maşalyan, Ermənistanın İsveçrədəki fövqəladə və səlahiyyətli səfiri Andranik Ovannisyan, İstanbulda çıxan «Akos» qəzetinin redaktoru Baqrat Estukyan da imzalayıblar.

Yepiskop Sahak Maşalyan, humanizm nümayiş etdirmək və ehtiyacı olan Ermənistana kömək etmək üçünTürkiyə hakimiyyətinə ayrıca bir yalvarışla dolu məktub göndərdi.

«Erməni icması Türkiyənin həyatına inteqrasiya edilib. Bu ölkə ilə ortaq bir taleyimiz var. 100 il əvvəl yaşananları unutmuşuq. Bu ölkədə yaşamaq qərarına gəlmişik. Bizi Diaspor və Ermənistandan ayıran şey budur. 1915-ci il travmasından bu ölkədə qalaraq onu sağaltdıq. Bütün dünya xalqlarının çətin günlərində Ermənistan dövlətinə kömək etmənizi xahiş edirik. Sizin humanist addımınız xalqlarımız arasında yaranan problemlərin həlli üçün əlverişli şərait yaradacaqdır.»

Rəsmi Ankara Ermənistanın müraciətinə heç də laqeyd deyil.

P.S. Biz yatırkən və yalnız öz çıxarlarımızı hesablamaqla məşğul olurkən, düşmən yatmayıb ölkələrinin çıxarları üçün çalışmaqdadır…

P.P.S. Sakın Türkiyə! Qafqaza atdığınız bu 100 illik virusa bu dəfə də şans tanısanız dönüşü olmayan bir yola girəcəksiniz. Kimlərsə türk olduqlarını unutmuşlar, düşmən əsla sizin türk olmağınızı unutmayıb. Oyan, Türkiyə!..

Fedai.az

Ermenistan'da Türk ve Azerbaycan bayrakları yakıldı! - Dünya
Bu xəbəri paylaşın: