Axır ki, Ərdoğan arzusuna çatdı-ermənilərə yardım edə bildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın koronavirus infeksiyası ilə mübarizə üçün Ermənistana dərman göndərdiklərini açıqlayıb.

Türkiyənin Azərbaycandakı səfirliyi rəsmi Ankaranın koronavirusla bağlı Ermənistana humanitar yardım göndərdiyi barədə məlumatlara münasibət bildirərək, «Report»a deyib ki, bu informasiyalar həqiqəti əks etdirmir: 
“Mətbuatda yayılan iddialarla əlaqədar olaraq bildiririk ki, Türkiyənin səlahiyyətli şəxsləri humanitar yardım olaraq Türkiyədə yaşayan 70-dək Ermənistan vətəndaşının Gürcüstan üzərindən ölkələrinə qayıtmaqlarını təmin edib. Bunun xaricində hər hansısa yardım göstərilməyib”, — səfirlikdən qeyd olunub.

P.S. Hər halda cumhurbaşkanı Ərdoğanın erməni sevgisi günbəgün artmaqdadır. Milyonlarla Azərbaycan insanı Mübariz Mənsimovu tələb etməsini eşitməyən, Ərdoğan bir erməni keşişinin sözüylə az qalır sərhəddi açsın…

Elnur Səlim

Bu xəbəri paylaşın: