Hərbi qulluqçular arasında nizamnamə qaydalarının pozulmasına görə cəza azaldılır

Cinayət Məcəlləsinin 332-ci maddəsinin tələbləri yüngülləşdirilir.

Məcəllənin 332.1-ci və 332.2-ci bəndlərinə təklif edilən dəyişikliyə görə, nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hazırda qüvvədə olan bənddə isə beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılma var.


Qeyd edək ki, 332-ci maddə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması ilə bağlıdır.

Bu xəbəri paylaşın: