İKİNCİ DÜNYA MÜHARİBƏSİ ZAMANI SSRİ-NİN BİZDƏN ALDIQLARI

Vəd edilən xoş günlər gəlmirdi…

— Müharibənin ilk atəşi başlayan kimi Azərbaycan Xalq Daxili İşlər Komissarlığı 1939-cu ildə 1011 nəfəri həbs etdi.

— 1940-cı ildə Əmircan qəsəbəsində fəaliyyət göstərən Müsavat firqəsinin gizli təşkilatı məhv edildi.

— Əzizbəyov neft mədənlərində 7 nəfər müsavatçının qurduğu təşkilat məhv edildi.

— Həbs edilən müsavatçıların bəziləri güllələndi, bəzilərinə 8-10 il həbs verildi.

— 1940-cı ildə Azərbaycan Daxili İşlər Komissarlığı xarici ölkələrdəki mühacirləri təqib etmək, öldürmək üçün şöbə yaratdı. Mühacirlər arasında çalışmaq üçün 30, İrandakı müsavatçıları yox etmək üçün 10 casus göndərildi.

1939 -1942-ci illər arasında Azərbaycandan 318795 şəxs (əhali sayı 3.301.100 nəfər idi) orduya aparıldı. Onlardan 85.338-i Bakıdan aparılmışdı. Bu rəqəm 1944-cü ildə 553910 idi ki, 473 mini cəbhəyə göndərilmişdi. Ümumilikdə isə, 600 min azərbaycanlı müharibədə iştirak edib.

— 15 yanvar 1944 tarixli bir raporta görə Azərbaycanda 48.385 şəxs həbs və sürgün edilib.

— Ümumilikdə SSRİ-dən 600 min — 1.400000 arası insan Almaniya tərəfə keçib. Fətəlibəylinin hesabatına görə, Almaniya tərəfə keçən azərbaycanlıların sayı 150 min idi.

— 1954-cü ildə SSRİ DTK-sı Azərbaycan SSR DTK-na məlumat vermədən «Səlimov» kod adı ilə casusluq fəaliyyəti göstərən Mikayıl Mövsüm oğlu İsmayılova Fətəlibəylini öldürmək əmrini verdi. «Səlimov» vəzifəsini yerinə yetirdi və Azərbaycana qayıtdı. Ona pasport, ev və aylıq maaş verildi. Mikayıl İsmayılov 12 aprel 1967-ci ildə evində hamamda asılmış şəkildə tapıldı. Çünki heç bir xəyanət cavabsız qalmırdı.

Qeyd: Fotodakı şəxs Əbdürrəhman bəy Fətəlibəylidir./Difai təşkilatı Fb/

Bu xəbəri paylaşın: