Sabirabadlı imkansız veteranlara yardım edildi

AVMVİB Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynovun verdiyi məlumata görə, bir qrup müharibə veteranı və əlillərinə yardım edilib.


İmkansız müharibə veteranlarına yardım «İlğım» şirkətinin dəstəyi ilə baş tutub. AVMVİB Sabirabad rayon şöbəsinin sədri F. Hüseynov bildirdi ki, nəzərdə tutulan yardımlar müharibə veteranlarına evlərində çatdırılmışdır.


Həmçinin Faiq Hüseynov, veteranlar adından «İlğım» şirkətinin rəhbərliyinə öz təşəkkürünü bildirib.


Elnur Səlim

Bu xəbəri paylaşın: