Biləsuvar rayonunda şəhidlərə həsr olunmuş abidə kompleksində şəhid şəkillərinin üzərinə boya atılıb. Bu məlumatı sosial şəbəkədə vətənpərvər statusları ilə tanıdığımız Leyla Həsənova paylaşım edib: «Biləsuvar rayonunda Şəhidlər Xiyabanında təhqiramiz hərəkət edərək, şəhidlərin şəkilləri boyanıb və bayrağı isə cırıblar.
Damarında bizim qan axmayan şərfsizlər edə bilər bu əməli. Allah şəhidlərimizə rəhmət eləsin».
Bu vandalizm aktı ciddi surətdə araşdırılmalı və müqəssirlər üzə çıxarılmalıdır. Hər il bu cür hadisələr təkrarlanır və etdiyimiz müraciətlərə baxmayaraq kimsə tapılmayıb və cəzalandırılmayıb. Şəhidlərimizin arasında onlarla polisimiz də var. Obların xatirinə bu cinayətkar tapılaraq cəzalandırılmalıdır.
Xatırladaq ki, ötən illər ərzində Bakının müxtəlif yerlərində buna bənzər hadisələr törədilmişdi. Ən sonuncu hadisəni Xətai rayonu ərazisində Fedai.az aşkar etmişdi.
E. Səlim
https://www.facebook.com/leylaosmanli.yk/videos/3757288377675960/?t=3
