Müsahibimiz Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevdir.
— Rusiya Federasiyasının prezidenti Vladimir Putin koronavirusu peçeneqlərə bənzətdi. Amma nədənsə ölkəmiz bir peçeneq ölkəsi olaraq bu şövinist çağırışa reaksiya vermədilər. Yəqin bizimkilər Putini ciddi siyasətçi saymırlar?
— Mən elə deməzdim. Deyərdim ki, daha çox ciddiyə aldıqlarına görə sakit durublar. Yüzlərlə ictimai qurum, KİV-lər var. Belə çıxır ki, bunların olması ilə olmamalarının elə bir fərqi yoxdur. Yalnız şəxsi mənafelərə deyil, Dövlətimizin mənafelərinə də xidmət etməyi düşünsünlər. Putin bu şövinist açıqlamasıyla iki şeyi ortaya qoydu. Birincisi Velikorus şovinizminin iyrənc antitürk mahiyyətini və bir də ətrafında olan ermənilərin «düdüyünə oynamasını» bizlərə bəyan elədi. Xatırlayırsınızsa, Qazaxstanla bağlı belə bir yanlışa yol vermişdi və qazax xalqı onun soysuz-əsilsiz, sünü yaradılmış bir Roman toplumu olmasını ortaya qoymuşdu. Bu gün Böyük Çingizxan övladlarının nigahdan kənar törəmələri bir sürü erməni boşboğazının əlində oyuncağa çevrilib. Onu da bildirim ki, bu gün özünü super dövlət sayan Rusiyanın bütün tarixi peçeneq tarixinin bir daşı altında toza dönər.
— Ölkədə qarantin rejimi davam edir. Təşkilat olaraq öz fəaliyyətinizi necə qurursunuz?
— Qarantin rejiminə sözsüz əməl edilməlidir. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizədə cənab İlham Əliyevin yürütdüyü siyasəti bəyəndiyini açıqlayıb. Virusun sürətlə yayılmasının demək olar ki, qarşısı, məhz bu tədbirlər nəticəsində alınıb. Biz ilk gündən hər bir şöbəyə və 67 minlik veteranlar ordusuna qarantin şərtlərinə əməl etməyə çağırmışıq. Fəaliyyətimizi sizinlə olduğu kimi telefon əlaqələri və SMS yolu ilə icazə almaqla həyata keçiririk. Edilən müraciətlərə görə rayon şöbələri fəxri üzvlərin, İcra hakimiyyətlərinin və hətta öz daxili imkanları hesabına ehtiyacları ödəməyə çalışmaqdayıq. Biz bu addımları atmaqla Dövlətimizin və Ali Baş Komandanın yanında olduğumuzu göstərmişik. Hər şeyi bir nəfərin üzərinə atmaq olmaz. Elə nazirlər və icraçı orqanlar var ki, heç prezidentin verdiyi qərar və göstərişləri icra edə bilmirlər. Koronavirus fövqaladə şəraitdə fəaliyyət göstərməyin bir məşqi oldu. Müharibə şəraitində yaşayan bir ölkə belə hallara hazır olmalıdı. Polislərimiz qarşılarına qoyulmuş vəzifələri layiqincə yerinə yetirirlər. Baxıb nümunə götürsünlər. Yaman günün ömrü az olar…
_ Redaksiyaya da çoxlu zənglər daxil olur. Əsasən imkansız veteranlarımız, təsadüfi qazanclarla yaşamını təmin edən veteranlarımız baxımsızlıqdan gileylənirlər…
— Hər gün yüzlərlə zəngə cavab verməyə məcburuq. Mənə neçə dəfə yığandan sonra düşə bildiniz?
— 13 dəfə…
— Həqiqətən müharibə veteranarı ölkəmizdə ən baxımsız sosial təbəqəyə çevrilib. 80 manat Prezident təqaüdündən başqa heç bir aylıq gəliri olmayan veteranlar nə etsinlər? Prezident fərman verir və bu fərmanı Əmək və Əhalinin Sosial Müdafiəsi təftiş edir. Aylıq müavinət və s. alırsa 190 manat verilə bilməz. Niyə? Çünki bu sahəni yaxşı bilmirlər, kontingentlə işləmirlər. Ən azı 10-15 min veteranın ciddi surətdə yardıma ehtiyacı var. Veteranlar qürurlu və vüqarlı insanlar olduğu üçün dava döyməzlər. «Təki Vətən yaşasın!»-deyib keçərlər. Öz nəsil-nəcabətində bircə veteran olmayan adamlar bu təbəqəni anlaya bilməzlər. Onların ehtiyaclarını anlaya bilməzlər. Veteranlara qarşı münasibətdə belə sindromlar olub. Elə Amerikada Vyetnam sindromunu nümunə çəkə bilərik. Amma Atəşkəsdən 26 il ötüb. Münasibət get-gedə pisləşir. Mozambik uğrunda döyüşənlərə hər şey etməyə hazır olan zehniyyət, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşənlərə ağızlarını büzərlər. Bu barədə təkliflər planımızı indiyədək Ali Baş Komandana çatdırmağa nail olmamışıq. Çünki bu qüvvələr imkan vermirlər.
— Bir daha karantin rejimi barədə veteranlara və Birliyin rayon şöbələrinə nəyi tövsiyyə edirsiniz?
— Demək olar ki, şəraitə uyğun olaraq bütün rayon şöbələrimiz öz fəaliyyətlərini virtual olsa da davam etdirib. Bunun özü də bir qəhrəmanlıqdı. Üstəlik, Suraxanı, Nizami, Nərimanov, Sumqayıt, Tovuz, Sabirabad və adını çəkmədiyim bir çox şöbələrimiz imkansız döyüşçü qardaşlarının yanında olmağa çalışdılar. Veteranların əsil dostu olan fəxri üzvlərimiz dar günün sınağından çıxdılar. Postkoronavirus dövrü bu adamların xeyriyyəçi və humanist addımlarını bir daha qiymətləndirəcəyik. Veteranlara sözüm odur ki, Ali Baş Komandan cənab İlham Əliyevin etdiyi çağrışda deyildiyi kimi «Biz birlikdə güclüyük!»

