“Türkiyənin Antalya şəhərində yanğınlar nəzarət altına alınıb”.
Bu barədə Kənd Təsərrüfatı və Meşəçilik naziri Bəkir Pakdemirli açıqlama verib. O bildirib ki, Manavgat və Gündoğmuş rayonlarında artıq soyutma işləri aparılır.
Qeyd edək ki, Türkiyədə 10 gün əvvəl yanğınların ilk başladığı rayon Manavgat olub.
Bu xəbəri paylaşın: