Kəşfiyyatçı Qəqəni: “Döyüşə erməni polkovnikinin silahı ilə girdim”

Baku TV “Qəqəni” ləqəbli kəşfiyyatçı Elçin Kazımov haqqında reportajı təqdim edir.

Birinci və İkinci Qarabağ müharibəsi iştirakçısı reportajda ləqəbinin tarixçəsindən, döyüş xatirələrindən, 44 günlük Vətən müharibəsində yaşananlardan bəhs edib.

Qazinin sözlərinə görə, Birinci Qarabağ müharibəsinə qatılanda 16 yaşı olub. Əvvəlcə təminat işlərinə kömək edən Elçin Kazımov daha sonra kəşfiyyat qrupuna qoşulub.

“Vətən, Qarabağ” deyiləndə kövrələn kəşfiyyatçı zəfər xəbərini eşidərkən keçirdiyi hisslərdən də danışıb.

P.S. Var ol, Qəqəni. Özgə deyiləsi sözləri özün demisən…

Daha ətraflı linkdən izləyə bilərsiniz:

Bu xəbəri paylaşın: