Erməni dilləri və əlifbaları

İlhami Cəfərsoy

Erməni adı altında gizlənən etnosların 4-5 əlifbası, 3 dili, 80-ə yaxın ləhcəsi vardır. H»Ay dili adlanan qədim erməni dili indiki ermənilərin dilinə bənzəmirdi.

H»Ay dili qrammatik quruluşuna görə iltisaqi, indiki erməni dili flektivdir. H»Ay, yəni aya sitayiş edən qədim xalq Vl əsrə qədər türk dillərinə bənzəyən bir dildə danışırdı. Onlar aya ay, ulduza ultuz, günəşə kuyaş, qadına bam, kişiyə ər, göyə gök, yerə yir, Arpaçaya Arpasu, Göyçə gölünə Gökçay, İrəvana İrova, Adəm ataya Atamxan, Süleyman peyğəmbərə Ər Pun, Həvva anaya Eva, zadəgan xanımlarına bambiş, xatun, körpə uşaqlara kırtzer, mahnıya ir, yır, xalq ozanlarına quzan və s. deyirdilər.

H»Aylar Kurion kilsələri ayırana qədər, Vl əsrin sonlarına qədər xəzərlərin və iverlərin (indiki gürcülərin yox) anladıqları bir dildə danışırdılar.

Yəni göyə gök, yerə yir, ulduza ultuz deyirdilər.

Bax: Marr. «O proxojdenie armyan», «Etimoloqiya drevnearmyanskoqo yazıka», İ.Cəfərsoy. «H’Ayların və Armenlərin mənşəyi».

Bu xəbəri paylaşın: