Mahmud Kaşğari yazır ki, türklər ilk oğula «tun oğul» deyirlər.
Əslən Çin Türküstanından olan Manuk və Konak nəsilləri ilk döyüşdə igidlik göstərən əsgərlərinə Ərtun titulu verirdilər. Çağdaş türk ordusunda tun general general-mayora deyilir. Ermənilər ərtun hərbi titulunu arutyun, harutyun formasında özəlləşdirdilər. Ermənilər üzərində hökmran olan türk nısillərindən biri Manuk totem adı daşıyırdı.
Mahmud Kaşğari yazır ki, türklər çöl pişiyinə «manu», balasına «manuk» deyirlər. İndi minlərlə erməni Manukyan soyadı daşıyır.
Ermənilərin Vasak kimi yazdıqları sərkərdənin adı Vaşak olmuşdur. Ermənilərin sevimli adlarından biri Vazgendir. O adın ilk variantı Bars xan idi. Bars xan Müqəddəs Şuşanikin əri, İveriya hakimi ll Ər Şuşamın oğlu idi. Gürcülər onun adını Varsxen formasında saxtalaşdırdılar. Sonra ermənilər bir az da irəli gedərək onu Vazqen elədilər.
Ermənilər özlərinə qurama tarix yarada bilirlər. Biz istedadlı tarixçilərimizi gözümçıxdıya salırıq.
İlhami Cəfərsoy
Elmlər doktoru, Nəsimi adına Dilçilik İnstitutunun «Qədim dillər və mədəniyyətlər” şöbəsinin müdiri