AVMVİB üzvü 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeniylə təltif olunub

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəal üzvü, müharibə veteranı Şaiq Bilman oğlu Məmmədov Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sərəncamıyla 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeniylə təltif olunub.


Bu barədə məlumatı AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Orxan Orucov verib.

Şaiq Məmmədov, həm I Qarabağ, həm də 44 günlük Vətən müharibəsində göstərdiyi xidmətlər ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilib. O, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda yetişməsi üçün ictimai fəaliyyətinə görə AVMVİB-nin təsis etdiyi Xatirə medallarıyla təltif edilmişdi.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəal üzvü olan veteranımız Şaiq Məmmədovu təltif münasibətiylə AVMVİB Rəhbərliyi adından təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayırıq.


Təbrik edirik!


Elnur Səlim

Bu xəbəri paylaşın: