«Yuyulmamış rus qaşığı» — Jirinovski

Elbariz Məmmədli

Şair, jurnalist

Üzdəniraq Jirinovski indi də Türkiyə prezidenti, çağdaş dünya siyasətinin ən əzəmətli fiquru Rəcəb Təyyub Ərdoğanı hədəfə alıb.

Dünən Rossiya-1 telekanalizasiyasında onun ünvanına sərt fikirlər və böhtanlar səsləndirib. Anlaşılandı.

Kreml özünün nüvə hədəsi ilə qoşulduğu bütün mübahisələrdən qalib çıxmağa öyrənib. Hətta özündənrazı avropalıları belə susdurmağa nail olub. Amma Türkiyə və Pakistanın da var olduğu Azərbaycan məsələsində gücün yox, ləyaqətin, təpər və haqqın ortada olması rusların bütün planlarını pozub. Tərtəri işğala verib, Yevlaxdan o yana Qərb bölğəsini mühasirəyə alaraq, enerji xətlərinə sahiblənmək niyyətləri gözlərində qalıb.

Azərbaycan ordusuna və siyasətinə yeritdikləri xainlərin əməlləri aşkarlanıb. Bu, düşmən Kreml üçün intihardı. Fəqət, buna baxmayaraq, onlar yenə də xain əməllərindən əl çəkmirlər. Gözü qorxmuş erməniləri zorla münaqişənin ömrünü uzatmağa sürükləyirlər. Bu şərəfsiz ötən həftə Azərbaycanın ünvanına sayıqlamışdı. İndi də Türkiyə dövlətini və onun liderinin. Görün nə çərənləyir. Deyir ki, Ərdoğan İngiltərə dövlətinə sığınıb və özünü Osmanlı sultanı kimi aparır İngiltərə və Türkiyə birləşərək , bizim təsir dairəmizdə olan ölkələrdə ağalıq etmək fikrinə düşüblər.

Türkiyə imkandan istifadə edib, Orta Asiya türk dövlətlərində hərbi güc olmaq niyyətindədir. Turan ordusunu və Birliyini qurmaq istəyirlər. Bu olmayacaq.

Əvvəla Jirik şərəfsiz, sən kim olursan ki, başqalarının dövlət və millət marağına burnunu soxursan?

İkincisi, Putin sinənə orden taxarkən, ona çar deyə müraciət edən sən deyildinmi? Belə olan halda Ərdoğan niyə, sultan olmasın? Dünyanın yanlış və xəyanətkar siyasətinə təpkiləri ilə o, zatən Tanrısı qarşısında SULTANLIQ haqqını qazanıb. Alman Adamsın bir sözü var. Deyib ki, «erməni qulunda da utanmaq hissi hissi yoxdur». Sən, ermənidən də şərəfsiz və alçaqsan, Jirik.

Ağızdolusu, dəli hərəkətlərinlə Böyük Rus deyib öyünürsən. Tarixdə o, Rus dediyinin hansı sərhədlər içində olduğunu bilirsənmi? Bilsəydin yəqin ki, vətənin Polşanın tərəfini tutardın. Gəlib Turan ideyasına dil uzatmazdın. Bir də ki, Turanın var olması sizlərin də yaşaması üçün qarantdır. Çünki Turan xəyanətkar və məkrli niyyətlərlə bizim şamaxılı balasının inşa edərək öldürüldüyü Kremldən idarə olumayacaq.

Putinlə Ərdoğanın telefon danışığından sonra sənin ov iti kimi qısqırdılmağın da başa düşüləndi. Olmayacaq, sən deyənlər, Jirik.

Başınıza başqa çarə qılın. Heç ingilisə dil uzatmaq da sənin başın üçün deyil.

Bu xəbəri paylaşın: