Suraxanı rayonunda şəhid ailələri və veteranlara qayğı göstərilir

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) və Şəhid Ailələrinin Müdafiəsi Birliyinin Suraxanı rayon üzrə şöbələrinin sədrlərinin təşəbbüsü ilə Bakıxanov qəsəbəsindəki şəhid məzarları ziyarət edilib…

Bu baradə məlumatı sosial şəbəkədə Aslan Sekerov yayıb.

Həmçinin, Suraxanı Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif edilmiş, Vətən müharibəsində qəhrəmanlıqla şəhid olanların ailə üzvlərinə, müharibə iştirakçılarına və qazilərə “Füzulinin azad olunmasına görə” medalının təqdimetmə mərasimi keçirilib.

Tədbirdə AVMVİB Suraxanı rayonu şöbəsinin sədri Eldar Rüstəmov və idarə heyəti üzvləri də iştirak ediblər.

Bu xəbəri paylaşın: